- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8178
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 14.10.2024
- Elanın bitmə tarixi: 13.11.2024
Namizədə tələblər
- Bakalavr dərəcəsinin və ya bu dərəcənin ekvivalentinin olması
- Şəbəkənin genişləndirilməsi və ya daşınmaz əmlakların idarə edilməsi sahəsində 2 (iki) il iş təcrübəsinin olması
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
- Təqdimat bacarığı
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsinin olması
- Danışıqlar aparmaq, problemləri həll etmə və şəxslərarası münasibət üzrə mükəmməl bacarıqları
- Ünsiyyət qurmaq və analitik düşüncə qabiliyyətlərinə malik olmalı.
- Güclü kommunikasiya və münaqişələrin həlli bacarıqları olmalı.
- Komanda üzvü olmaq
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- İngilis dili üzrə biliklər arzu olunandır
- Nəticələrə və idarəetməyə yönəlmiş şəxs olmalı
İş haqqında məlumat
- Həftəlik, aylıq, rüblük və illik plana uyğun olaraq, ən azı 2 (iki) inzibati ərazi vahidi və ya inzibati ərazi dairəsində yeni məkanın axtarılması
- Nəzərdə tutulmuş meyarlara uyğun olaraq ilkin seçim üçün məkanın gəzərək araşdırılması
- Əmlakla bağlı təhlillərin aparılması, müvafiq hesabatların və təqdimatların hazırlanması,
- Açılacaq mağazalarda və ya fəaliyyət göstərən mağazalar portfelində, əmlak və əmlak sahibləri ilə yaranan problemlərin aradan qaldırılmasını təmin etmək, portfelinə nəzarət və idarə etmək
- Yeni məkan təkliflərinin, rəqiblərin və əhalinin təhlili, qiymətləndirilməsi və şirkət daxilində və ya xaricdən gələn yeni mağaza təkliflərinin qiymətləndirilməsi
- Əmlak sahibi ilə danışıqların aparılması (qiymət\kv.m\müqavilə şərtləri\məsuliyyət\öhdəliklər və s.)
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatların edilməsi
- Sənədlərin düzgün yoxlanılması və yoxlama siyahısına uyğun olaraq Rəhbərə təqdim edilməsi
- Trafikin hesablanması üçün müvafiq əməkdaşların ərazisinin və iş cədvəlinin tərtib edilməsinə dəstək olmaq
- Standart Qiymətləndirmə Şablonu üçün tələb olunan məlumatları tamamlamaq
- Yerin təslim üçün hazırlanması və yekun imzaların alınması
- İmtina edilmiş yer və yeni danışıqlar haqqında məlumatları yeniləmək
- Komanda üzvləri ilə əsas performans göstəricilərinin nailiyyəti və nəticəsi ilə həftəlik araşdırmada iştirak etmək və buna uyğun təkliflər vermək
- Daimi olaraq bazarın araşdırılmasını aparmaq və məlumatların yenilənməsini təmin etmək
- Mütəmadi olaraq rəqiblərin yeni açılacaq və ya açılmış mağazalarını təhlil etmək, rəhbərliyə məlumat vermək
Maraqlanan namizədlər qeyd edilmiş email ünvanına “Əmlak məsələləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır