logo

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Bakı-Quba şossesninin şərqi 18 A
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 6752
  • E-poçt: cv@sirab.az
  • Elanın yerləşdirmə tarixi: 17.05.2024
  • Elanın bitmə tarixi: 16.06.2024

Namizədə tələblər

  • Minimum təhsil dərəcəsi: Bakalavriat 
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) - Yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili- əla;
  • Təcrübə: minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Fövqəladə Hallar Nazirliyinin Şəadətnamə;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

 

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.
İş haqqında məlumat
  • Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
  • Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət edilməsi;
  • Yeni işə götürülmüş işçilərə və şirkət əməkdaşlarına  əməyin mühafizəsi üzrə məsləhətlərin verilməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkil edilməsi;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması;
  • Struktur bölmələrdə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi;
  • İşə götürülənlərlə əməyin mühafizəsi üzrə giriş təlimatının aparılması;
  • Qulluqçuların və mühəndis Texniki işçilərin Əməyin Mühafizəsi və Təhlükəsizlik Təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak edilməsi;
  •  İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxılması və lazımi tədbirlər görülməsi;
  • İşçilər üçün əməyin mühafizəsi üzrə təlimatlarının, əməyin mühafizəsi sistemi standartlarının razılaşdırılması; 
  •  İş yerlərində ilkin təlimatlandırmadan azad olunan peşələrin və işçi vəzifələrinin siyahısına aid sənədlərin layihələrinin razılaşdırılması;
  • İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq.

 

İş vaxtının norması:

  • 08:00-17:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

İş yeri:

 

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: