- Kateqoriya: Maliyyə
- Şəhər: Ağcabədi
- İş təcrübəsi: 1-3 il
- Maaş: 600 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Elan ID: 8875
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 17.12.2024
- Elanın bitmə tarixi: 16.01.2025
Namizədə tələblər
- Ali təhsili;
- Ən azı 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Stressə davamlı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək.
İş haqqında məlumat
- Sığorta müqaviləsinin və ona əlavələrin buraxılması üzrə:
- Satış departamentindən daxil olan və standart şərtlərə cavab verən sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
- Anderraytinq və təkrarsığorta şöbəsi tərəfindən təklif verilmiş və müştəri tərəfindən qəbul edilmiş təkliflər üzrə sığorta müqavilələrini (və onlara aid əlavələrini) hazırlamaq;
- Sığorta müqaviləsi (və əlavəsi) üzrə tələb olunan sənədlərin tamlığını yoxlamaq.
- Sığorta müqaviləsinə xitam verilməsi üzrə:
- Sığorta müqaviləsinə xitam üzrə sığortalının müraciətlərini qiymətləndirmək;
- Sığortalı tərəfindən sığorta müqaviləsinin tələblərinin pozulduğu halları müəyyən etmək;
- Sığorta müqaviləsinə xitam barədə sığortalıya yazılı bildiriş ünvanlamaq;
- Sığorta müqaviləsinə xitam zamanı sığortalının sığorta haqqını ödəyib-ödəmədiyi və baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilib verilməməsi barədə məlumatları müvafiq struktur bölmədən əldə etmək;
- Sığorta müqaviləsinə xitam barədə razılaşma/akt tərtib etmək;
- Xitam zamanı sığortalıya qaytarılacaq məbləği daxili normativlərin tələbinə uyğun hesablamaq;
- Sığorta müqaviləsinə xitam barədə razılaşmanın imzalanmasını təmin etmək.
- Cəmiyyətin fəaliyyət göstərdiyi sığorta növləri üzrə sığorta qaydaları haqqında məlumatlı olmaq;
- Debitor borcun olması barədə sığortalıların məlumatlandırılması üzrə məktubları hazırlamaq.
İş şəraiti:
- Əmək haqqı: 600 azn;
- Qrafik 5 günlük, 09.00 - 18.00;
- Könüllü tibbi sığorta qarşılanır.
Maraqlanan şəxs, mövzuda “Əməliyyatlar və müştəri xidmətləri üzrə kiçik mütəxəssisi” qeyd etməklə, CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər.