logo

Əmək münasibətləri üzrə mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7624
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 20.08.2024
  • Elanın bitmə tarixi: 19.09.2024
Namizədə tələblər
  • İnsan Resursları sahəsində 2 ildən çox iş təcrübəsi
  • Əmək Qanunvericiliyi üzrə yetərli biliklər
  • Azərbaycan dili üzrə səlis şifahi və yazılı ünsiyyət (leksik və qrammatik normalara riayət etmək)
  • MS Office proqramlarında işləmək bacarığı
  • Güclü ünsiyyət və komanda ilə iş
  • Araşdırma, detallara qarşı diqqətlilik və qərarvermə bacarıqları
  • Vaxtın düzgün idarə edilməsi
İş haqqında məlumat
  • Müraciətlər zamanı təqdim edilən sənəd və digər sübutlar əsasında şirkət daxilində baş verən intizam xətalarını nəzərdən keçirmək, qərar vermək, rəhbərliyə təqdim etmək
  • İntizam xətasına yol vermiş işçilərə AR Əmək Qanunvericiliyi, şirkətdaxili intizam qaydaları və prosedurları əsasında intizam tənbehi vermək
  • İntizam pozuntuları ilə bağlı daxil olan müraciətləri gündəlik olaraq qeydiyyata almaq, izləmək və cavablamaq
  • Öz xahişi ilə işdən çıxışı nəzərdə tutulan işçilərin qüvvədə olan intizam araşdırmasının olub-olmadığını yoxlamaqla çıxış sorğularını vaxtında cavablamaq
  • İşçi şikayətlərini qəbul etmək, araşdırmaq, ehtiyac olduqda görüşlər keçirmək və problemlərin qısa zamanda həlli üçün mümkün addımlar atmaq
  • İntizam pozuntularının kök səbəblərini araşdırmaq, gələcəkdə təkrarlanmasının qarşını almaq məqsədilə market əməkdaşları və aidiyyəti şöbə nümayəndələri (baş ofis, distribusiya mərkəzi) ilə görüşlər keçirmək və təkliflər vermək
  • İntizam tənbehinin verilməsi haqqında və digər sənədləri (əmrlər, məktublar, bildirişlər və s.) ədəbi dilin orfoqrafik normalarına əmək etməklə tərtib etmək, elektron bazaya daxil etmək və qeydiyyatını aparmaq
  • Tərtib edilmiş əmrlərin işçilərə vaxtında imzaladılması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək
  • Xəbərdarlıq bildirişlərini tərtib etmək, aidiyyəti işçilərin bildirişlə tanış olmasını təmin etmək, həmin bildirişləri arxivləşdirmək
  • İntizam xətası səbəbindən əmək müqaviləsinə xitam verilməsi qərarı alınan işçilərin müqaviləsinə AR Əmək Qanunvericiliyinə uyğun olaraq xitam vermək və bununla əlaqəli bütün işləri icra etmək
  • Mediasiya təşkilatları və DƏMX-dən daxil olan intizam məsələləri ilə əlaqəli sorğuları vaxtında və düzgün cavablandırmaq, bununla əlaqəli bütün işləri icra etmək (Mediasiya sessiyasında iştirak, barışıq sazişi əsasında qəbul edilən razılaşmaların icrası və s.)
  • Əlaqəli şöbələr və rəhbərlik tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq hazırlamaq və təqdim etmək
  • Dövri olaraq intizam pozuntuları ilə bağlı statistikanı əks etdirən hesabat və təqdimatlar hazırlamaq, uyğunsuzluqların azaldılması məqsədilə ərazi marketləri üzrə menecerlərlə görüşlər keçirərək statistikanı təqdim etmək
  • Şirkətdaxili intizam qaydaları, siyasət və əməliyyat prosedurlarının mütəmadi yenilənməsi məqsədilə təkliflər vermək, düzəlişlər edərək rəhbərliyə və əlaqəli şöbələrə təqdim etmə

 

Qeyd

Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: