logo

Elektrik mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15622
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 26.11.2025
  • Elanın bitmə tarixi: 26.12.2025

Namizədə tələblər

  • İxtisas üzrə ali təhsil;
  • Müəssisənin enerji təchizatı prinsiplərini, elektrik avadanlıqlarının güc göstəricilərini, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və iş rejimlərini dərindən bilməli;
  • MS Office, AutoCAD və sahə üzrə xüsusi proqram təminatlarında sərbəst işləmək bacarığı;
  • Elektrik sahəsində qüvvədə olan təhlükəsizlik qaydalarını və normativ tələbləri yaxşı bilmək;
  • Elektrik sxemlərinin hazırlanması bacarığı;
  • Sxemlərə uyğun olaraq elektrik şəbəkələrinin montaj işlərini yerinə yetirmək bacarığı (üstünlük verilir);
  • Elektrik avadanlıqları və materiallarını yaxşı tanımaq, onların texniki xüsusiyyətlərini bilmək və düzgün tətbiq etmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus dilində isə iş üzrə ünsiyyət səviyyəsində biliklər (arzuolunandır).
İş haqqında məlumat
  • Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
  • Sənaye təyinatlı və digər bina və obyektlər üçün elektrik quraşdırma işlərinin layihələndirilməsi və təkmilləşdirilməsi;
  • Sənaye bina və tikililərinin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
  • Elektrik yüklərinin hesablanması;
  • Sifarişçinin texniki tapşırığına uyğun layihə sənədlərinin hazırlanması və razılaşdırılması;
  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənməsi;
  • Müxtəlif təyinatlı tikinti və təmir işlərinə dair texniki çertyojların AutoCAD vasitəsilə hazırlanması;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət və konstruksiya işlərinin düzgün təşkil olunmasının təmin edilməsi;
  • Layihələrin icrası zamanı qüvvədə olan SNiP, qaydalar, standartlar və digər texniki-normativ sənədlərin tələblərinə riayət olunması.

 

Müraciət qaydası:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Elektrik mühəndisi” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

 

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: