logo

Elektrik Mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 15290
  • E-poçt: hr@norm.az
  • Elanın yerləşdirmə tarixi: 31.10.2025
  • Elanın bitmə tarixi: 30.11.2025

Namizədə tələblər

  • Elektrik Mühəndisliyi üzrə ali təhsil
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office, MS Project və Autocad proqramları ilə işləmə bacarığı

 

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik
İş haqqında məlumat
  • Həftəlik, aylıq və illik elektrik təmir iş planının hazırlanması
  • Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun tam yerinə yetirilməsinə nəzarət
  •   Qəza duruşlarında elektrik nasazlıqlarının müvafiq təlimatlara əsasən ən qısa zamanda aradan qaldırılması
  • Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi
  • Elektrik təmiri bölməsinin illik büdcəsinin hazırlanması və xərclərin büdcəyə uyğunluğunun izlənilməsi
  • Elektrik təmiri ilə əlaqədar təlim materiallarının hazırlanması və işçi heyətinə təlimlərin keçirilməsi
  • Bölmənin işçilərinin illik təlim ehtiyaclarının müəyyən edilməsi
  • Elektrik təmiri ilə bağlı hesabatların hazırlanması
  • Elektrik enerjisindən istifadə hesabatlarının hazırlanması və sayğac göstəricilərinin izlənilməsi
  • Ehtiyat hissələrin müəyyən edilməsi və sifariş prosesinin SAP sistemi üzərindən izlənilməsi
  • Yeni avadanlıq quraşdırmalarında və layihələrdə texniki nəzarət və qəbul işlərinin aparılması.
  • Elektrik təmiri bölməsində işçi heyətin performans göstəricilərinin (KPI) izlənməsi və qiymətləndirilməsi
  • Qaz təchizatı sisteminin istifadəsini planlamaq, istehsalat tapşırıqlarını vermək və onların “Qaz Xidmətinə dair Əsasnamə”yə uyğun icrasına nəzarət
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi

 

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: