logo

Elektrik montyoru

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1000 AZN
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10344
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 11.02.2025
  • Elanın bitmə tarixi: 13.03.2025

Namizədə tələblər

  • Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə Azərişıq ASC və ya "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir)
  • Təcrübə: Sahə üzrə ən az 2 il
İş haqqında məlumat
  • Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik və gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının çeşidlərini, elektrik sxemlərini, düzgünlüyünü yoxlamaq üsullarını və qaydalarını;
  • Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsi metodları; elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət qaydaları; 3.Elektrik kabellərin,maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsulları;
  • Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyatı və digər texniki sənədlərin tərtib edilməsi qaydaları;
  • Yarımstansiyaların 0.4kV hissəsindən anlayışı olmalıdır;
  • Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun ilaraq montaj və təmir işləri;
  • Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xidmət və təmir işləri;
  • Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək;
  • Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi;
  • Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi
  • İlk yardım qaydalarını bilmək;
  • Yanğından mühafizə qaydalarını bilmək;
  • Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək;
  • Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏM qaydalarına ciddi riayət etmək.

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
  • İş saatı: 09:00-dan 18:00-a qədər
  • Həftədə 5 günlük iş rejimi
  • Əmək haqqı: 1000 AZN

 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV -lərini elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Elektrik montyoru ” qeyd etməklə göndərə bilərlər 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: