logo

Elektrik

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16626
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.03.2026
  • Elanın bitmə tarixi: 16.04.2026

Namizədə tələblər

  • Tam orta və ya orta-ixtisas təhsili;
  • Tələb olunan dil: Azərbaycan dili;
  • Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
  • Analoji peşə üzrə kurslar;
  • Bu sahə üzrə sertifikatı olmalıdır;
  • Sürücülük vəsiqəsi olmalıdır;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
  • Tək və komandada işləmə bacarığı olmalı;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
İş haqqında məlumat

Elektrik - Tikinti avadanlığı - dirsəkli, teleskopik, qayçı tipli  qaldırıcılar və s.  - Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.

 

İş rejimi: Tam

 

İş yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )

 

İş şərtləri:

  • Stabil iş
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimi
  • İstirahət: Şənbə, Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

 

Elektrikin funksiyaları və vəzifə öhdəlikləri:

  • Vəzifə təlimatını, SƏTƏM, İR, Servis və şirkət daxili intizam qaydalarını bilməli və onlara riayət etməli;
  • Texnikanın (Çəngəlli avtoyükləyici, Qayçı tipli qaldırıcı-səbət, Teleskopik yükləyici (JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.) və s.) elektrik sistemlərinin və elektron idarəetmə bloklarının kompüter diaqnostikası;
  • Diaqnostika zamanı aşkar edilmiş qüsur və nasazlıqları menecer ilə razılaşdırmaqla aradan qaldırmaq;
  • Elektrik naqillərindəki nasazlıqların aradan qaldırılması, sensorların, starter və generatorların təmiri/dəyişdirilməsi;
  • Təhlükəsizlik sistemlərinin kalibrlənməsi və sazlanması;
  • Akkumulyator batareyalarına və şarj sistemlərinə texniki xidmət göstərilməsi;
  • Görülən işlər barədə menecerə hesabatların təqdim edilməsi.

 

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində “Elektrik”  göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır. 
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: