logo

Elektrik

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Xırdalan
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Yaş: 25 - 55
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 13475
  • E-poçt: cv@fortisgroup.az
  • Elanın yerləşdirmə tarixi: 19.05.2025
  • Elanın bitmə tarixi: 18.06.2025

Namizədə tələblər

  • Yaş həddi: 25-55;
  • Elektrik sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı.
İş haqqında məlumat
  • Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
  • Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
  • Sənaye təyinatlı, digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
  • Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və təkmilləşdirmək;
  • Elektrik avadanlıqları və onların ehtiyat hissələrini sifariş vermək;
  • Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək;
  • Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
  • Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
  • İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihəkonstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

 

Təminatlar:

  • Nahar ilə təmin edilir;
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Elektrik” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: