
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 13174
- Elanın yerləşdirmə tarixi: 06.05.2025
- Elanın bitmə tarixi: 05.06.2025
Namizədə tələblər
- Ali təhsili;
- Ekvayrinq (e-ticarət) sahəsində satış üzrə minimum 1 il iş təcrübəsi olan;
- Ekvayrinq məhsulları haqqında biliklərə sahib olan;
- Yüksək səviyyədə danışıqlar aparma və kommunikasiya qurma bacarığı olan;
- Analitik təhlil etmə bacarığı olan;
- Komandada işləmək bacarığı olan;
- Səlis Azərbaycan dili bilini (Rus və ingilis dili arzuolunandır) bilən;
- Microsoft Office proqramlarında işləmə bacarığı olan;
- Məsuliyyətli və nəticəyönümlü olan;
- Operativ və stress altında işləmə bacarığı olan şəxsdir.
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək;
- E-ticarət üzrə mövcud partnyor bazasını idarə etmək, partnyor istəklərini çevik cavablandırmaq;
- Banka perspektivli e-ticarət partnyorların cəlbini təmin etmək, cari partnyorlarla tərəfdaşlığın genişlənməsini təmin etmək;
- E-ticarət üzrə partnyorluq müraciətlərini qəbul etmək və işin icrasına nəzarət etmək;
- Ekvayrinq biznesi üzrə gəlir və xərcləri analiz etmək;
- Fintex məhsulları üzrə bazar araşdırması, bu istiqamətdə yeni məhsulların yaradılması üçün təkliflərin hazırlanmasını təmin etmək;
- Fintex-lərdən daxil olan sorğuların araşdırılması, yaranan problemləri müəyyən edərək həll edilməsini təmin etmək.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiyalar
M
MST Engineering Services
Satış və Satınalma üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
02.06.2025
Bakı
21

Prior Leasing
Müştəri Xidmətləri Mütəxəssisi
Maaş: Müsahibə əsasında
02.06.2025
Göyçay
19

Blue Planet Distribution
Daxili Nəzarət və Risklərin İdarəedilməsi üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
02.06.2025
Bakı
13
D
Detal Construction
Satınalma üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
30.05.2025
Bakı
36
A
Azcargo Logistics and Management Services
Sənədləşmə üzrə aparıcı mütəxəssis
Maaş: 800 AZN
30.05.2025
Bakı
59

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Data Governance Analyst
Maaş: Müsahibə əsasında
30.05.2025
Bakı
26