- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Növbəli
- Elan ID: 15687
- Elanın yerləşdirmə tarixi: 03.12.2025
- Elanın bitmə tarixi: 02.01.2026
Namizədə tələblər
Təhsil:
- Orta ixtisas təhsili (Nəqliyyat, Logistika və ya oxşar sahə).
- Ali təhsil üstünlükdür.
Təcrübə:
- Minimum 1 il dispetçer xidməti və ya nəqliyyat/logistika sahəsində iş təcrübəsi
Bilik və bacarıqlar
- MS Office (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadəçisi – dəyərləndirmə zamanı imtahan edilir
- Nəqliyyat vasitələrinin iş prinsipi və əsas texniki xüsusiyyətləri.
- Yol hərəkəti qaydaları və daşınma təhlükəsizliyi normaları.
- Texniki xidmət və istismar haqqında anlayış.
- Analitik düşüncə və operativ qərar vermək bacarığı.
- Stressə davamlılıq və fövqəladə hallarda idarəetmə bacarığı.
- Komanda ilə işləmə, koordinasiya və ünsiyyət bacarıqları.
Dil bilikləri:
- Azərbaycan dili — sərbəst.
- İngilis və ya rus dilləri — arzuolunandır.
Xüsusi tələblər
- Dəqiq və məsuliyyətli iş yanaşması.
- Dəyişkən və intensiv iş rejiminə uyğunlaşma bacarığı.
- Sənədləşmə və hesabatlarla işləmək bacarığı.
İş haqqında məlumat
Axşam növbəsində şirkətin nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz, təhlükəsiz və düzgün təşkilini təmin etmək. Sürücülərlə koordinasiya, texniki xidmət müddətlərinin izlənməsi, sifarişlərin nəzarətdə saxlanılması, sənədləşmə, gecikmə və nasazlıqlara operativ reaksiya göstərilməsi və hesabatların hazırlanması vəzifənin əsas hissəsidir.
Bu vəzifə nəqliyyat logistikası və dispetçer xidməti sahəsində inkişaf etmək istəyən namizədlər üçün yaxşı başlanğıc imkanı yaradır.
Vəzifə öhdəlikləri:
- Axşam növbəsində nəqliyyat vasitələrinin hərəkətinə real vaxtda nəzarət etmək
- Sürücülərlə davamlı əlaqə saxlamaq və marşrutların icrasını izləmək
- Gecikmə, nasazlıq, qəza və fövqəladə hallar barədə operativ məlumat vermək
- Dispetçer jurnalında və sistemdə qeydiyyatları dəqiq və vaxtında aparmaq
- Marşrut planından kənarlaşmaları sənədləşdirmək
- Sürücülərin reysə buraxılması üçün sənədləri yoxlamaq
- Texniki baxış müddətlərini izləmək və vaxtı çatmış xidmətlərlə bağlı məlumatlandırmaq
- Sifarişlərin yaradılması və statuslarının izlənməsi
- Yanacaq sərfiyyatı və istismar üzrə ilkin məlumatları toplamaq
- İşçi və sürücü heyətinin qrafiklərinə gecə növbəsində riayət olunmasına nəzarət
- Ezamiyyətlərin axşam vaxtı koordinasiyası və sənədləşməsi
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik normalarına riayət olunmasına nəzarət
- Gündəlik / həftəlik / aylıq hesabatların hazırlanması və təqdim olunması
İmtiyaz: nahar şirkət tərəfindən təmin edilir, rəsmi əmək haqqı, şirkət tərəfindən korporativ nömrə.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
ADA University
Law Librarian (Senior Specialist), Research and Instructional Services
Maaş: Müsahibə əsasında
23.01.2026
Bakı
9
S
SCANDENS
Monitorinq sistemi operatoru
Maaş: Müsahibə əsasında
22.01.2026
Bakı
35
SLB
Laboratory Technician
Maaş: Müsahibə əsasında
20.01.2026
Bakı
44
Miniso Co LLC
Model
Maaş: Müsahibə əsasında
17.01.2026
Ağcabədi
75
JYSK
HR специалист / Payroll Accountant
Maaş: 1000 - 1200 AZN
15.01.2026
Bakı
60
C
Caspian Logistics and Customs Service LLC
Logistika üzrə Əməliyyat meneceri
Maaş: 1000 - 1200 AZN
14.01.2026
Bakı
62