logo

Direktor köməkçisi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1200 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12860
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 23.04.2025
  • Elanın bitmə tarixi: 23.05.2025

Namizədə tələblər

  • Ali təhsil;
  • Direktor köməkçisi olaraq ən az 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Excel və Word);
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, rus dili biliyi yüksək səviyyədə, ingilis dili isə orta səviyyədə;
  • Operativ və gördüyü işə cavabdehlik;
  • Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək.
İş haqqında məlumat
  • Şirkətin baş direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək, göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Baş direktorun göstərişlərinə uyğun olaraq, şirkətin struktur bölmələrindən və icraçılarından lazım olan məlumatları toplamaq, onları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək; 
  • Görüş, müşavirə və yığıncaqların təşkili üçün lazımi hazırlıqları aparmaq (materialların toplanması, referat və arayışların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.).
  • Direktorla bərabər şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • Baş direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə direktora məlumat vermək;
  • Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək;
  • Baş direktor tərəfindən zəruri tövsiyələr almaq.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Əmək haqqı: 1200 AZN;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: