- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- Ünvan: Ziya Bünyadov 13.
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1200 - 1500 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 7827
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 05.09.2024
- Elanın bitmə tarixi: 05.10.2024
Namizədə tələblər
- Ali təhsil;
- Daxili satınalma sahəsində 3-5 illik analoji iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- 1C proqram biliyi.
İş haqqında məlumat
- Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
- Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
- Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək;
- Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
- Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: 1200-1500 Azn
- Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını qeyd edilmiş elektron poçt ünvanına, mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər