G

Daxili nəzarət üzrə mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7956
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.09.2024
  • Elanın bitmə tarixi: 18.10.2024
Namizədə tələblər
  • Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr)
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi 
  • Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır
  • Xarici dillər: İngilis (səlis), rus (işlək)
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər
İş haqqında məlumat

Şirkət: GoldenPay

Vəzifə: Daxili nəzarət üzrə mütəxəssis 

 

Görəcəyiniz işlər barədə:

  • Təşkilatın daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması
  • Təşkilatın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində)
  • Daxili tədqiqatların aparılması: Daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq
  • Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat tərtib etmək
  • Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi məqsədilə tövsiyyələr vermək
  • Daxili təhqiqat prosesləri zamanı Təşkilatın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək
  • Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflər vermək
  • Təşkilatdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasının nəzarətini təmin etmək
  • Təşkilatdaxili  departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması
  • İcra olunmuş audit kənarlaşmaları üzrə dövrü sınaqlar aparmaq
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər təşkilatdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək olunması

 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 30.09.2024 

 

Müraciət etmək üçün, CV-nizi [email protected] email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.  Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: