
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Magistratura
- İş rejimi: Tam-ştat
- Elan ID: 10964
- Elanın yerləşdirmə tarixi: 27.02.2025
- Elanın bitmə tarixi: 29.03.2025
Namizədə tələblər
- Ali magistr təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə;
- Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə bilmək zəruridir;
- Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir;
- İnformasiya sistemlərinin idarə olunması üzrə iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklərin olması;
- IT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər;
- Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi olmaqla güclü ünsiyyət bacarıqlarının olması;
- Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı;
- Hesabatların tərtib edilməsi üzrə bilik və bacarıqlar.
İş haqqında məlumat
- İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini aparmaq;
- Bank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək;
- İnformasiya texnologiyaları sahəsində mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
- Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak etmək;
- IT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.