logo

Data analitika mərkəzinə rəhbər

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14484
  • Elanın yerləşdirmə tarixi: 01.08.2025
  • Elanın bitmə tarixi: 31.08.2025

Namizədə tələblər

Təhsil və ixtisas:

  • Biznes analitikası, informasiya sistemləri, sığorta və ya oxşar sahə üzrə bakalavr və ya magistr dərəcəsi.

 

Bilik və bacarıqlar:

  • Qeyri-həyat sığortası məhsulları və əməliyyatları üzrə dərindən anlayış (məs. avtomobil, əmlak, məsuliyyət sığortası).
  • Çevik (tribe/skvad əsaslı) və funksional modelləri dəstəkləyən federativ analitika mühitində uğurla fəaliyyət göstərmiş olmaq.
  • Power BI, Tableau və digər BI platformalarında təcrübə; KPI çərçivələri və SQL əsaslı məlumat mühitlərinə bələdlik.
  • Əla kommunikasiya, əlaqələndirmə və dəyişikliklərin tətbiqi bacarığı. 

 

Dil bilikləri:

Azerbaijani, English, Russian

İş haqqında məlumat

Analitika Modelinin İcrası:

  • Data Analitika üzrə Mərkəzin (CoE) müəyyən olunmuş strategiyasını, fəaliyyət modelini və yol xəritəsini tətbiq edin.
  • Qəbul edilmiş proseslərin, BI alətlərinin, şablonların və özünəxidmət analitika üsullarının biznes bölmələrində effektiv şəkildə tətbiqini təmin edin.
  • Data İdarəetməsi rəhbəri ilə sıx əməkdaşlıq çərçivəsində CoE fəaliyyətlərini gündəlik idarə edin.

 

Tribelər, Skvads və Əməliyyatların Dəstəklənməsi:

  • Underwriting, Claims, Product, Sales və digər çevik tribelərdəki skvadlarla əməkdaşlıq edərək göstəricilər (KPI), dashboardlar və qərar dəstək alətləri yaradın.
  • Əməliyyat və dəstək funksiyaları ilə (məs. Maliyyə, HR, Risk, Uyğunluq) məlumat əsaslı qərarların gündəlik fəaliyyətə inteqrasiyasını təmin edin.
  • Mürəkkəb məlumatları biznes üçün anlaşıqlı və ölçülə bilən nəticələrə çevirin.

 

İdarəetmə və Standartların Tətbiqi:

  • KPI-lar, ölçü tərifləri, hesabat formatları və vizuallaşdırma standartları üzrə korporativ standartların tətbiqini təmin edin.
  • Məlumatların keyfiyyəti və etibarlılığı üçün standartlara riayət olunmasını izləyin.
  • Daxili və xarici mənbələrin inteqrasiyasını təşviq edərək ümumi, sertifikatlaşdırılmış data aktivlərinin istifadəsini genişləndirin.

 

Bacarıqların Qurulması və Dəstəklənməsi:

  • Tribelər və departamentlərdə yerləşmiş analitik mütəxəssislərə təlim, mentorluq və metodoloji dəstək verin.
  • Məlumat savadlılığını artırmaq və BI alətlərindən istifadə bacarıqlarını gücləndirmək üçün daxili təlim proqramlarını həyata keçirin.
  • Analitika üzrə "community of practice" quraraq bilik paylaşımını və resursların təkrar istifadəsini təşviq edin.

 

İnteqrasiya və Əlaqələndirmə:

  • Daxili və xarici məlumat mənbələrinin analitik istifadə üçün inteqrasiyasını təmin edin.
  • IT və data mühəndisliyi komandaları ilə əməkdaşlıq edərək məlumat infrastrukturunun federativ modelləri dəstəkləməsinə nəzarət edin.
  • Data uyğunluğunu və təkrar istifadəsini təşviq edən təşəbbüslərə rəhbərlik edin.

 

Komanda İdarəçiliyi və Çevik İş Prinsipləri:

  • Mərkəzi CoE funksiyasını dəstəkləyən kiçik enablement komandasını qurun və idarə edin.
  • Çevik iş metodologiyalarının və funksiyalararası əməkdaşlığın tətbiqini təşviq edin.
  • Data əsaslı mədəniyyətin formalaşdırılması üçün dəyişikliklərin idarə edilməsinə dəstək verin.imatı hissəsinə QSF-629 əlavə etməyiniz xahiş olunur!

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan link ünvanına göndərin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: