logo

CRM rəhbəri

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: Ziya Bünyadov pr. 118
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7953
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.09.2024
  • Elanın bitmə tarixi: 18.10.2024
Namizədə tələblər
  • CRM sahəsində 3-5 illik təcrübə;
  • Ali təhsil;
  • Sərbəst kompüter istifadəçisi;
  • Xarici dil biliyi üstünlükdür (Rus, İngilis);
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Keyfiyyətə fokuslanma;
  • Dəqiqlik və təfsilatlara yönümlülük;
  • CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübə;
  • Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli;
  • Yaradıcı, məsuliyyətli, analiz edə bilmə, kollektivlə işləməyi bacarmalıdır;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş haqqında məlumat
  • Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
  • Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
  • Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
  • Təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
  • CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə  birbaşa əlaqə zamanlamasının yaradılması;
  • CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.

 

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

 

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “CRM rəhbəri” yazaraq öz şəkilli CV-lərini qeyd edilmiş e-mail ünvanına yollaya bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: