M
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Təcrübəçi
- Elan ID: 15889
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.12.2025
- Elanın bitmə tarixi: 17.01.2026
Namizədə tələblər
- Azərbaycan dilində səlis və düzgün yazı bacarığı
- Kreativ düşüncə və ideya istehsalı qabiliyyəti
- Sosial media trendlərinə və rəqəmsal kontent dinamikasına bələdlik
- Analitik yanaşma və məsuliyyətli iş prinsipi
- Rus və ya ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat
Marketinq və kreativ sahədə karyerasını qurmaq istəyən gənclər üçün MixPro Təcrübə Proqramına start veririk. Proqram real layihələr üzərində praktiki bacarıqların inkişaf etdirilməsini, peşəkar iş mühitinə adaptasiyanı və uzunmüddətli əməkdaşlıq üçün potensial namizədlərin formalaşdırılmasını hədəfləyir.
Müddət: 2 ay
Format: Ofis / Hibrid (layihədən asılı olaraq)
Qeyd: Təcrübə proqramı öyrədici və təlim-praktika xarakteri daşıyır.
Qeyd: Bu rol kontent yaradıcılığı ilə yanaşı mətn yazarlığını da əhatə edir. Yalnız copywriter kimi müraciət edən namizədlər də nəzərə alınacaq.
Vəzifə öhdəlikləri:
- Sosial media və marketinq layihələri üçün kreativ kontent ideyalarının hazırlanması
- Post, reel, story və reklam mətnlərinin yazılması
- Brend dili və kommunikasiya üslubuna uyğun mətnlərin formalaşdırılması
- Kontent planlarının hazırlanmasında və icrasında iştirak
- Marketinq kampaniyaları və kreativ layihələrdə komanda ilə birgə aktiv rol almaq
İnkişaf perspektivi:
- Brend kommunikasiya strategiyalarının real mühitdə öyrənilməsi
- Müxtəlif formatlarda kontent və mətn yazarlığı təcrübəsi
- Şəxsi yazı üslubunun formalaşdırılması və peşəkar feedback əldə edilməsi
- Yüksək performans göstərən namizədlər üçün gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi
Uyğun namizədlərdən CV-lərini «Content Creator /Copywriter» başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Evimizstore
Sayt üzrə koordinator
Maaş: Müsahibə əsasında
08.01.2026
Bakı
24
Casa Culinary Arts Center of Azerbaijan
Marketing and Student Recruitment manager
Maaş: Müsahibə əsasında
30.12.2025
Bakı
50
AzStudy
Google Ads üzrə reklamçı
Maaş: Müsahibə əsasında
29.12.2025
Bakı
66
AZRİB MMC
Kateqoriya üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
24.12.2025
Bakı
73
Mazarina Trade Company
Brend menecer
Maaş: 2000 AZN
18.12.2025
Bakı
100
Dream Group İnt MMC
Бренд менеджер
Maaş: Müsahibə əsasında
16.12.2025
Bakı
82