
- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: 900 - 1000 AZN
- İş rejimi: Növbəli
- Elan ID: 13948
- E-poçt: hr@collezioneitalia.az
- Elanın yerləşdirmə tarixi: 17.06.2025
- Elanın bitmə tarixi: 17.07.2025
Namizədə tələblər
- Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan xanım namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satış texnikası haqqında biliyin olması;
- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
İş haqqında məlumat
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.
Vəzifə öhdəlikləri:
- Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
- Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq.
Üstünlüklər:
- Xaricdə sərgilərdə və iş görüşlərində iştirak;
- Fabrik nümayəndələri tərəfindən təlimlər;
- Premium seqmentdə iş təcrübəsi;
- Peşəkar inkişaf və yüksəliş imkanları.
Şərtlər:
- Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün;
- İş saatı (növbəli): 10:00-18:00; 10:00-20:00;
- Əmək haqqı: Təcrübədən asılı olaraq 900 – 1000 AZN +satışdan bonus.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Çılçıraq” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiyalar

Xalq Bank
Korporativ satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi
Maaş: Müsahibə əsasında
11.07.2025
Bakı
13

Collezione Italia
Satış təmsilçisi – Mətbəx mebeli
Maaş: Müsahibə əsasında
10.07.2025
Bakı
29

Kontakt Home
Böyük məişət məhsullarının topdan satışı üzrə kiçik mütəxəssis
Maaş: 800 AZN
07.07.2025
Bakı
74

Offissa Dizayn Ko
Satış təmsilçisi
Maaş: 500 - 600 AZN
03.07.2025
Bakı
82
S
SoWhite bridal room
Satıcı
Maaş: 600 AZN
03.07.2025
Bakı
91

MY GROUP HOLDİNG MMC
Satış məsləhətçisi (My Shops - XOR filialı)
Maaş: 700 AZN
03.07.2025
Bakı
62