- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: 3000 - 5000 AZN
- Təhsil: Texniki təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 8379
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 07.11.2024
- Elanın bitmə tarixi: 07.12.2024
Namizədə tələblər
- İngilis dili – yüksək səviyyədə
- MS Office proqramlarında səlis işləmək bacarığı
Təhsil:
- Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir)
İş təcrübəsi:
- Geyim və ya pərakəndə satış sahəsində; idarəetmə və büdcə idarəçiliyində sübut olunmuş 5 ildən artıq təcrübə
Professional bacarıq və səriştələr:
- Liderlik və ünsiyyət bacarıqları
- Maliyyə səriştəsi
- Büdcə çərçivəsində bir neçə layihəni idarə etmək təcrübəsi
- Problem həll etmə və qərar qəbul etmə bacarığı
- Sürətli templi mühitdə çox tapşırıqla işləmək bacarığı
- Satış nöqtəsi (POS) sistemləri və biznes proqramlarından istifadə bacarığı
İş haqqında məlumat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir. Sinteks Şirkətlər Qrupuna daxil olan SSİ şirkətinə hazırda “Brend Menecer” tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Brend Menecer biznesin bütün istiqamətlərində brendin böyüməsini və uğurunu təmin etmək üçün strateji təşəbbüslərə rəhbərlik edir. Marketinq, əməliyyatlar, maliyyə və təchizat zəncirinin idarə edilməsini əhatə edən hərtərəfli strategiyalar hazırlayır və həyata keçirir. Bazar dinamikasını və istehlakçı davranışını təhlil edərək, yeniliklər edir və böyümə hədəflərinə çatmaqla cəhd göstərir. Partnyorlarla və maraqlı tərəflərlə əməkdaşlıq edərək, mükəmməlliyi artırır və brendi gəlirlilik və davamlılığa doğru istiqamətləndirir.
Vəzifə öhdəlikləri:
Brend strategiyası və mövqeləndirmə
- Ümumi brend strategiyasını müəyyən etmək və həyata keçirmək, hədəf auditoriyanın diqqətini cəlb etdiyinə və brendi rəqiblərdən fərqləndirdiyinə əmin olmaq
- Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək
- Yenilikçiliyi təşviq etmək və brendin təkliflərini, o cümlədən yeni məhsulları, mağaza dizaynlarını və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün əsaslı həlləri davamlı olaraq təkmilləşdirmək
Brend rəhbərliyi və keyfiyyətə nəzarət
- Brendin vizyonu və dəyərləri ilə uyğun gələn müstəsna keyfiyyət və müştəri təcrübələri təqdim etmək üçün brend komandasına rəhbərlik etmək və motivasiya vermə
- Bütün mağazalarda ardıcıllığı və mükəmməlliyi təmin etmək üçün aydın brend standartları və hədəfləri müəyyən etmə
- Təkmilləşdirmə sahələrini müəyyən etmək və lazımi dəyişiklikləri həyata keçirmək üçün mütəmadi olaraq brend yoxlamaları və keyfiyyət qiymətləndirmələri aparmaq
Əməliyyat idarəetməsinə nəzarət
- Mağazaların əməliyyat fəaliyyətinə nəzarət etmək, brend standartlarına, hədəflərinə və uyğunluq tələblərinə uyğunluğu təmin etmək
- Brendin mövcudluğunu, müştəri təcrübəsini və keyfiyyətə nəzarəti yaxşılaşdıran strategiyaları hazırlamaq və həyata keçirmək
- Mağaza əməliyyatları ilə bağlı əsas performans göstəricilərini (KPI) izləmək və hər hansı problemləri və ya təkmilləşdirmə imkanlarını həll etmək
Heyətin idarə edilməsinə nəzarət
- Mağazaların brendin dəyərlərini əks etdirən istedadlı şəxslərlə adekvat şəkildə işlə təmin olunmasını təmin etmək üçün İnsan Resursları ilə sıx əməkdaşlıq etmək
- İşçilərin inkişafını təşviq edən müsbət iş mühitinin yaradılmasına rəhbərlik etmək və dəstək vermək
- Performans qiymətləndirmə metrikalarını nəzərdən keçirmək və heyətin inkişafı və təlim təşəbbüsləri üzrə brendin məqsədlərinə uyğun strateji təkliflər vermək
Maliyyə idarəetməsi və Təchizat Zənciri nəzarəti
- Brendin maliyyə sağlamlığını və mənfəətliliyini təmin etmək üçün gəlir və xərc proqnozlaşdırması da daxil olmaqla büdcələrin hazırlanmasına və idarə edilməsinə nəzarət etmək
- Maliyyə performansını izləmək, kənarlaşmaları təhlil etmək və təkmilləşdirmə tədbirləri həyata keçirmək
- Gəlir imkanlarını maksimum dərəcədə artıraraq xərclərin nəzarət tədbirləri həyata keçirmək
Komandanın inkişafı və Əməkdaşlıq
- Brend komandası daxilində əməkdaşlıq və açıq ünsiyyət mədəniyyətini təşviq etmək, fikir və ən yaxşı təcrübələrin paylaşılmasını təşviq etmək
- Mağaza menecerlərini və işçilərini müstəsna xidmət göstərməyə və brendin dəyərlərini əks etdirməyə imkan verən təlim proqramlarını hazırlamaq və həyata keçirmək üçün sıx əməkdaşlıq etmək
- Vahid bir brend təcrübəsini təmin etmək üçün brend komandası, marketinq, məhsul inkişafı, maliyyə və digər şöbələr arasında çoxfunksiyalı əməkdaşlığı təşviq etmək
Brend strategiyasının inkişafı
- Yeni mağazalar üçün potensial yerləri müəyyən etmək və şirkətin biznes maraqlarının olduğu xarici bazarlara genişlənmənin rentabelliyini qiymətləndirmək üçün bazar araşdırmaları və fizibilite araşdırmaları aparmaq
Tərəfdaşlıq əlaqələrinin idarə edilməsi
- Brend artımını və uğurunu dəstəkləmək üçün franşiza tərəfdaşlar, investorlar və sənaye tərəfdaşları da daxil olmaqla əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və qorumaq
Əmək haqqı:
- 3000-5000 AZN gross (Namizədin bilik və bacarıqlarına nəzərən müəyyənləşdirilir)
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.