
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: 1000 - 1300 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Namizəd: Bəy
- Elan ID: 10932
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 26.02.2025
- Elanın bitmə tarixi: 28.03.2025
Namizədə tələblər
- Bəy namizədlər;
- Ali təhsil;
- Bank və ya BOKT sektorunda idarəetmə üzrə azı 2 (iki) il, rəhbər vəzifədə azı 3 (üç) il iş təcrübəsi;
- Call center sahəsində iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili-əla, rus dili-əla, ingilis dili arzuolunandır.
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Kredit portfelinin idarə olunması;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Şöbənin əməkdaşlarının işinə nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən qoyulmuş yığım hədəflərinin yerinə yetrilməsinə nəzarət edilməsi;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icra edilməsi;
- Şöbədaxili əməkdaşların seçilməsi, işə qəbulu, yerləşdirilməsi və işdən azad olunması;
- Öz fəaliyyəti ilə bağlı Departament rəhbərinə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat verilməsi.
İş şəraiti:
- Əmək Haqqı: 1000-1300 azn (+bonus);
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- İstirahət günü: şənbə və bazar;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Korporativ nömrəylə təmin edilmə;
- Karyera və inkişaf perspektivləri.
Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.