
- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10672
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 20.02.2025
- Elanın bitmə tarixi: 22.03.2025
Namizədə tələblər
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi sahəsi arzuolunadır);
- Səlis Azərbaycan, İngilis, Rus dilinə;
- Müvafiq vəzifə üzrə təcrübə;
- Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Yaxşı satış və təqdimat bacarığı olmaq;
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq;
- İdarəetmə sahəsində təcrübə üstünlük təşkil edə bilər;
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları.
İş haqqında məlumat
- Yeni və köhnə müştərilərin cəlb edilməsinə görə cavabdeh olmaq;
- Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək:
- Xüsusi fəaliyyət planının hazırlanması və icrası vasitəsilə kollektiv, qısamüddətli və /və ya banket xarakterli biznesi təşkil və icra etmək;
- Yazılı müqavilələr əsasında təsdiq etməklə qiymət parametrlərini və kvotalarını müəyyən etmək və razılaşdırmaq;
- Otel və biznes yönümlü şirkətlər çərçivəsində ticarət sərgilərinə və reklam tədbirlərinə qatılmaq;
- Müvafiq proqram təminatları çərçivəsində müştəri rekvizitlərini, habelə, əlaqə, fəaliyyət və biznes məlumatlarını saxlamaq;
- Əsas korporativ müştərilərlə biznesin inkişafını, satış proqram təminatı əsasında məlumat bazası üzrə əlaqə, fəaliyyət və biznes məlumatlarının dəqiqliyini təmin etmək və nəzarətdə saxlamaq;
- Etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq:
- Gəlirləri artırmaq və büdcə rəqəmlərini qarşılamaq üçün maddi resursları səmərəli şəkildə idarə etmək;
- Satış seqmentləri, proqnozlar və büdcə planlanmasında dəqiq olmaq;
- Bütün satış fəaliyyətlərini həyata keçirmək və bu fəaliyyətləri otel daxilində bölüşmək;
- Həm daxili, həm də xarici müştərilərə operativ və nəzakətli xidmətin göstərilməsini təmin etmək;
- Satış heyətinə mentorluq etmək və öyrətmək, yeni işçilərinin işə qəbulu prosesində iştrak etmək;
- İllik biznes plan prosesində, proqnozlaşdırmada, sahibkarlarla görüşlərdə, hesabat təhlilində, mənfəət və zərərlərin idarə edilməsində iştirak etmək;
- Biznesin maliyyə məqsədlərinə, işçi səmərəliliyini artırmaq eləcə də qonaqların gözləntilərinə cavab vermək məqsədi ilə çoxşaxəli bacarıqları, eyni anda bir neçə tapşırıqları icra etmək və çevik planlaşdırma (əməkdaş məhsuldarlığını maksimuma çatdırmaq) kimi bacırıqlardan düzgün yararlanmaq:
- Ehtiyaclarını müzakirə etmək üçün müştərilərlə görüşmək və onlara məqsədlərinə cavab verən məhsul və ya xidmətlər üçün tövsiyələr vermək:
- Yeni biznes imkanlarını və ya mövcud biznesə yeni yanaşmaları müəyyən etmək üçün rəqiblərin fəaliyyətlərini nəzarətdə saxlamaq və xəbərdar olmaq;
- Yeni məhsullara, xidmətlərə və ya bazarlara fokuslanaraq müştərilərin məqsədlərinə çatmasına kömək edən satış strategiyalarının hazırlamaq və həyata keçirmək;
- Mövcud sistemlərin və təlimatların təkmilləşdirilməsi yollarını axtarmaq.
- Oteldən kənar müştərilərlə həftədə görüşlər təşkil etmək:
- Təşkil ediləcək tədbirdən və otelə gələcək olan qrupdan/qonaqlardan öncə bütün lazımi məlumatları tam və düzgün şəkildə adiyyəti şöbələrlə bölüşmək:
- İllik büdcə planlanmasında iştirak etmək, şöbənin qarşısına qoyduyduğu illik satış hədəfindən məlumatlı olmaq və bu hədəfə çatmaq üçün düzgün strategiya seçmək:
- Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq:
- Oteldə keçirilən toyları artırmaq və gəlirləri optimallaşdırmaq üçün yerli və dövlət təchizatçıları ilə güclü, qarşılıqlı və faydalı tərəfdaşlığı inkişaf etdirmək;
- Toy sorğularının davamlı artımını təmin etmək üçün toy axtarış platformalarını və marketinq imkanlarını nəzərdən keçirmək.