A
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: 1500 - 2000 AZN
- Təhsil: Bakalavr
- Yaş: 30 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 9469
- E-poçt: hr@asadzadesanan.az
- Elanın yerləşdirmə tarixi: 14.01.2025
- Elanın bitmə tarixi: 13.02.2025
Namizədə tələblər
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- İş təcrübəsi: Restoran sahə üzrə 5 ildən az olmayaraq iş stajı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq, Rus və ingilis dili üstünlükdür;
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və İİKO proqramını yüksək səviyyədə bilməli;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi;
- PMS sertifikatının olması arzuolunandır;
- Yaş həddi: 30-40.
İş haqqında məlumat
“Yeni Avtomobil Hərracı Konsepti ilə Restoran” açılışı üçün Baş mühasib axtarırıq!
Restoran Konsepti:
Unikal bir təcrübə, avtomobil hərracı atmosferində, müasir dizayn və lüks yemək. Hər şey avtomobillər və zövqlü yeməklərlə birləşir!
İş haqqında məlumat:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi hesabatı) təqdim etmək;
- Şirkətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
- Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
- Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
- Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək;
- Sayımların yerli yerində olması.Restoranın barı və digər yerlərinin sayımına düzgün nəzarət etmək.
İş şəraiti:
- Korporativ nömrə;
- Əmək haqqı:1500-2000 AZN.
Vakansiyaya müraciət üçün CV-ləri “Baş Mühasib (Restoran sahəsi üçün)” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
R
Retems Logistics LLC
Accounting
Maaş: Müsahibə əsasında
17.09.2025
Bakı
22
E
EAS CATERING MMC
Baş Mühasib
Maaş: 2000 AZN
17.09.2025
Bakı
19

İstisu mineral su zavodu MMC
Mühasib-operator
Maaş: Müsahibə əsasında
16.09.2025
Bakı
54

MOON GROUP AZ MMC
Mühasib
Maaş: 800 - 1000 AZN
11.09.2025
Bakı
76

AzSığorta
Mühasib
Maaş: Müsahibə əsasında
11.09.2025
Bakı
65

Azprotein Foods Group
Mühasib (İstehsalat üzrə)
Maaş: 1200 - 1400 AZN
10.09.2025
Bakı
68