- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: H.Əliyev pr. 115, Bina 187B
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: 1200 - 1500 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15974
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 26.12.2025
- Elanın bitmə tarixi: 25.01.2026
Namizədə tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Mühasib vəzifəsində minimum 5 il və yuxarı iş təcrübəsi (hotel və ya xidmət sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Mühasibat Uçotu Qanunu üzrə biliklər
- MS Office proqramları xüsusilə, Excel üzrə qabaqcıl istifadə biliyi və 1C proqram biliyi
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına elektron hesabatların təqdim edilməsi üzrə praktiki bacarıq
- ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi hesablamaları üzrə praktiki biliklər
- Bank əməliyyatları, kassa əməliyyatları və ödəniş tapşırıqları üzrə təcrübə
- Debitor və kreditor borcların uçotunda təcrübə
- Əmək haqqı hesablamaları və kadr uçotu üzrə biliklər
- Peşəkar mühasib sertifikatı üstünlükdür
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı
İş haqqında məlumat
Arena Hotel Group-da Baş mühasib/ Aparıcı mühasib vəzifəsini elan etməkdən məmnunluq duyuruq. Mühasib olaraq siz hotel sənayesində çalışan unudulmaz komandanın bir hissəsi olaraq bütün potensialınızı göstərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
- ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi və digər vergi hesablamalarının düzgün aparılması
- Bank köçürmələrinin icrası və ödəniş tapşırıqlarının hazırlanması
- Aysonu və ilsonu bağlanışların hazırlanması
- Büdcə icrasına nəzarət və maliyyə analizlərinin hazırlanması
- Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim olunması
- Hesab-fakturaların, qaimələrin, aktların və müqavilələrin uçotu və arxivləşdirilməsi
- Debitor və kreditor borclarına nəzarət və mütəmadi uzlaşdırmaların aparılması
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Balans, avans hesabatının aparılmasını təmin etmək
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
İş şəraiti:
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı: 1200-1500 AZN
- Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Baş mühasib/ Aparıcı mühasib” göstərilməklə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Melissa Group
Baş mühasib
Maaş: Müsahibə əsasında
26.12.2025
Bakı
10
Digismart tech MMC
Kiçik mühasib
Maaş: 800 - 1000 AZN
24.12.2025
Bakı
51
Amper Elektrik
Kreditorlarla iş üzrə mühasib
Maaş: 1000 AZN
23.12.2025
Bakı
56
MG Transport
Mühasib
Maaş: 800 - 1200 AZN
19.12.2025
Bakı
69
Grand Logistics Center
Mühasib
Maaş: Müsahibə əsasında
19.12.2025
Bakı
78
MJ Financial Services BOKT ASC
Əməkhaqqı üzrə mühasib
Maaş: Müsahibə əsasında
18.12.2025
Bakı
75