- Kateqoriya: Maliyyə
- Şəhər: Xırdalan
- İş təcrübəsi: 3-5 il
- Maaş: 3000 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Namizəd: Bəy
- Elan ID: 9487
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 14.01.2025
- Elanın bitmə tarixi: 13.02.2025
Namizədə tələblər
- Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
- Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
- Cinsi: Kişi;
- İstehsalat və qida sektorunda təcrübəsi olanlara üstünlük veriləcək;
- İş təcrübəsi (minimum) Müvafiq sahədə 3-5 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Dil bilikləri Azərbaycan dili;
- Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3;
- Digər zəruri tələblər Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.);
- Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması arzuolunandır.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları;
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
İş haqqında məlumat
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Xırdalan şəhəri
- Əmək haqqı: 3000+ AZN
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.