M
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Ələsgər Qayıbov 12/22
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- Yaş: 27 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 9352
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi: +994 10 225 12 45
- Elanın yerləşdirmə tarixi: 10.01.2025
- Elanın bitmə tarixi: 09.02.2025
Namizədə tələblər
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və Audit);
- Ən az 1 il baş mühasib təcrübəsi;
- 1C proqramı üzrə biliklər;
- İFRS standartları ilə tanış olması vacibdir;
- Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
- İstehsalat sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Yaş: 27-40.
İş haqqında məlumat
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; - İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır;
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
- Ünvan: Ələsgər Qayıbov 12/22.
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib” qeyd edərək göndərə bilərlər.
Əlaqə nömrəsi: 0102251245