logo

Baş mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: 3000 AZN
  • Təhsil: Bakalavr
  • Yaş: 30 - 55
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 9080
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 26.12.2024
  • Elanın bitmə tarixi: 25.01.2025
Namizədə tələblər
  • Maliyyə üzrə ali təhsil
  • Peşəkar Mühasib Sertifikatı
  • Sahə üzrə ən az 10 il iş təcrübəsi
  • Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik
  • MS Excel,Word proqramında işləmə bacarığı
  • Müvafiq mühasibat uçotu proqramlarında, dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi
  • Əlaqədar qanunvericilik üzrə bilik
  • Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi
  • Analitik düşünmə və detallara diqqət qabiliyyəti
  • Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı
  • Yaş: 30-55
İş haqqında məlumat

Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler (Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya), Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.

 

Vəzifə öhdəlikləri:

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
  • Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
  • Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi
  • Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
  • Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
  • Maliyyə məlumatlarının təhlili və şirkətin maliyyə vəziyyətinin təkmilləşdirilməsi üzrə işləri həyata keçirmək;
  • Mühasibatlıq üzrə işçilərin iş keyfiyyətinə nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi.
  • Ezamiyyət əmrlərin təsdiqlənməsi;
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
  • Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
  • Həm kişi həm də  qadın namizədlər müraciət edə bilər
  • Rus dilinin  olması üstünlükdü
  • Peşəkar Mühasibat  Sertifatı(PMS) olması mütləqdir (PMS sertifikatı olmayanların cv lərinə baxılmır)

 

İş rejimi:

  • İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 6 ci gün 10:00-14:00 
  • Əmək haqqı: 3000 AZN

 

Maraqlananlar elektron poçt ünvanına Baş Mühasib başlığı altında CV göndərsin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: