logo

Baş mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Azadlıq pr-ti 3
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 10733
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 21.02.2025
  • Elanın bitmə tarixi: 23.03.2025

Namizədə tələblər

  • İqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, və yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması mütləqdir,
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olmalıdır;
  • İnsure.az və MS proqramlarının sərbəst istifadəçisi olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri arzuolunandır);
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.
İş haqqında məlumat
  • Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkili və nəzarəti;
  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməsi;   
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarəti;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əsas fondların inventarizasiyasının aparılmasına nəzarəti;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.

 

İş şəraəti:

  • İş rejimi: 5 günlük, 09.00-18.00;
  • İş yeri: Bakı şəh., Azadlıq pr-ti 3;
  • Tibbi sığorta qarşılanır;
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq.

 

Maraqlanan şəxs CV-ni, mövzuda “BAŞ MÜHASİB” qeyd etməklə, mail ünvanına göndərə bilər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: