logo

Baş hüquqşünas / Şöbə müdiri

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • Ünvan: Atatürk prospekti 12A, Allians Plaza
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 17212
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 07.08.2026
  • Elanın bitmə tarixi: 06.09.2026

Namizədə tələblər

  • Ali hüquqi təhsilinin olması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, təşkilatda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 3 (üç) il iş təcrübənin olması arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
İş haqqında məlumat

Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Hüquq şöbəsinin Baş hüquqşünası/Şöbə müdiri vakansiyası elan edir

 

Vəzifə öhdəlikləri:

  • Təşkilatın Korporativ hüquq məsələlərinin tənzimlənməsi;
  • Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
  • Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında BOKT-u təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Təşkilatın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Təşkilatın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
  • Təşkilatın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olması üzrə iş
  • Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan müqavilələri hazırlayır, onların reyestrini aparır və zəruri olanların mütəmadi yenilənməsini təmin edir;
  • Təşkilatın tərəf olduğu bütün müqavilələri hüquqi ekspertiza edir və viza prosedurunu həyata keçirir;
  • Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
  • Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
  • Elektron məhkəmə sistemi üzrə təşkilatın elektron kabinetini mütəmadi diqqətdə saxlamaq;
  • Rəhbərinin qanuni göstərişlərini icra etmək, fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabat vermək.

 

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

 

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində "Baş hüquqşünas/şöbə müdiri" qeyd etməklə göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: