- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1600 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8389
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 07.11.2024
- Elanın bitmə tarixi: 07.12.2024
Namizədə tələblər
- Hüquq sahəsi üzrə ali təhsil;
- Korporativ sahədə 3-4 ildən artıq iş təcrübəsi;
- Müqavilə hüququ sahəsində yaxşı səviyyədə nəzəri və praktiki biliklər;
- Dil bilikləri: Rus və ingilis dili yaxşı səviyyədə;
- Yüksək araşdırma və müştərilərlə ünsiyyət bacarığı;
- Namizədin komandada işləmə qabiliyyətinin olması vacibdir.
Qeyd: Hüquq və konsaltinq şirkətlərində təcrübəsi olan və yalnız məzun olmuş şəxslərə üstünlük veriləcək.
İş haqqında məlumat
Əmək haqqı: 1600 azn net
Əsas vəzifələr:
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
- Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
- Patentin alınması;
- Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
- Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək.
İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
- İş yeri ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza.
Müraciət etmək istəyən namizədlər CV-lərini və əməkhaqqı gözləntilərini qeyd edilmiş mail ünvanına mövzu hissəsinə “Baş Hüquqşünas” qeyd edərək göndərə bilərlər