- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 9608
- E-poçt: recruitment@pasha-insurance.az
- Elanın yerləşdirmə tarixi: 17.01.2025
- Elanın bitmə tarixi: 16.02.2025
Namizədə tələblər
- Ali təhsil: İqtisadiyyat, Hüquq;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək, Rus dili arzuolunandır;
- Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- Bilavasitə Vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.
Təcrübə
- Baş anderrayter vəzifəsi üçün minimum 3-4 il iş təcrübəsi, sığorta sahəsində 5 il təcrübə arzuolunandır.
Bacarıqlar
- Analitik təhlil, məntiq, məlumatların tez bir vaxtda anlanması;
- Microsoft Office proqramlarında səlis işləmək bacarığı;
- Sərbəst İngilis dilində danışıq və yazışma bacarığı.
İş haqqında məlumat
- Müvafiq kvota fayllarında qeyd olunmuş bütün sığorta növləri üzrə məlumatlar bazasının yaradılması və onlara nəzarət;
- Müvafiq sığorta növləri üzrə məlumatlar bazasının işlənib hazırlanması və daim təkmilləşdirilməsi;
- Sığorta hadisələri üzrə periodik olaraq məlumatlar bazasında təhlillərın aparılması;
- Sənədləşmə prosesində iştirak edir: gündəlik olaraq sığorta polislərinin buraxılmasının həyata keçirilməsi, Anderraytinq şöbəsinin rəhbəri ilə razılaşdırdıqdan sonra verilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünün qabaqcadan yoxlanılması (lazım olduğu təqdirdə müvafiq düzəlişləri və dəqiqləşdirmələri aparmaqla);
- Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun rəhbərliyi altında yeni sığorta proqramlarınıın hazırlanması (sənədləşmə prosesinin və tariflərin hesablanmasının həyata keçirilməsi);
- Müvafiq sığorta növü üzrə sığorta şərtlərini sistemləşdirilməsi və təkmilləşdirilməsi;
- Müvafiq sığorta növü üzrə şirkətin tarif siyasətinin yaradılmasında iştirak;
- Müvafiq sığorta növü üzrə zərərlilik hesabatında iştirak, zərərlilik hesabatlarının tərtib və təhlil edilməsi;
- Qeyri-standart riskləri sığortalayarkən, satış şöbəsinin müvafiq əməkdaşının razılığı ilə, surveylərdə və sığorta predmetinin qiymətləndirilməsində birbaşa iştirak edir, sığorta hadisəsinin baş vermə ehtimalı üzrə faktorları aşkara çıxarır və bu işlə əlaqədar hesabatlar aparır;
- Anderraytinq şöbəsi rəhbərinin və Departament direktorunun razılığından sonra müvafiq risklər üzrə təhlillərin aparılması (tarifin təyin olunması, sığorta şərtlərinin müəyyən olunması, sığorta risklərinin seçilməsi);
- Riskləri qəbul edərkən, həmin risklərin təkrarsığortalanmasında ehtiyacın olub-olmaması barədə birbaşa müdirin rəhbərliyi altında qərar qəbul etmək;
- Sığorta siyasətlərinin düzgünlüyünün yoxlanılması və sənədlərin qaydasında olmasının təmin edilməsi;
- Öz bilik və təcrübəsini şöbənin digər işçiləri ilə bölüşülməsi və istiqamət verilməsi;
- Anderraytinq şöbəsi rəhbərinin və Departament rəhbərinin iştirakı ilə, Sığorta İddiaları Departamentinin sorğusuna əsasən baş vermiş hadisə üzrə əlamətləri nəzərə alaraq, hadisəyə “sığorta hadisəsi/qeyri-sığorta hadisəsi” statusunun verilməsi;
- Birbaşa rəhbərliyin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar
Mpay MMC
Biznesin inkişafı üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
24.10.2025
Bakı
12
AzerFloat
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
23.10.2025
Bakı
28
Suyum AZ
Sənədlər üzrə mütəxəssis
Maaş: 600 AZN
23.10.2025
Bakı
29
Gazelli Art House
Texniki əməliyyatlar üzrə koordinator/ Technical Operations Coordinator/ Координатор по техническим операциям
Maaş: 800 AZN
23.10.2025
Bakı
21
A
AZSERVİS MMC
Təchizat üzrə Baş Mütəxəssis
Maaş: Müsahibə əsasında
23.10.2025
Bakı
22
Empire by Asthetik Lab
Младший специалист по обслуживанию клиентов
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
48