- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Orta təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 9372
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 10.01.2025
- Elanın bitmə tarixi: 09.02.2025
Namizədə tələblər
- Dil biliyi:
Azərbaycan və Rus dilini səlis bilmək;İnglis dili arzu olunandi.
- Təhsil:
Orta ixtisas təhsili və ya ali təhsil, tercihen logistika, iqtisadiyyat, menecment və ya əlaqəli sahələrdə.
- Təcrübə:
Anbardar kimi və ya anbar rəhbəri vəzifəsində 2-3 il iş təcrübəsi.
Personal idarəetmə təcrübəsi (tövsiyə olunur).
- Bilik və bacarıqlar:
Anbar uçotu və logistika prinsipləri üzrə biliklər.
Mal uçotu proqramları ilə (1C) işləmə təcrübəsi.
Malların saxlanması və daşınması normaları üzrə biliklər.
İnventarizasiyaların keçirilməsi və malların hərəkətinin nəzarəti təcrübəsi.
Anbarda təhlükəsizlik və əmək mühafizəsi qaydaları haqqında biliklər.
- Şəxsi keyfiyyətlər:
Əla təşkilatçılıq bacarığı və komandada işləmək bacarığı.
Məsuliyyətlilik və detallara diqqət.
Yüksək ünsiyyət və liderlik keyfiyyətləri.
Çoxsaylı tapşırıqlar altında işləmə bacarığı.
Stresə dayanıqlılıq və təcili vəziyyətlərdə qərar qəbul etmə qabiliyyəti.
İş haqqında məlumat
Anbar işinin təşkili:
- Anbarın səmərəli və fasiləsiz işləməsini təmin etmək.
- Malların qəbul, saxlanma və yüklənməsi prosesinin təşkil edilməsi.
- Malların anbarda düzgün yerləşdirilməsinin və saxlama qaydalarına riayət olunmasının nəzarəti.
TMX-in uçotu və nəzarəti:
- Malların (gəlir, xərclənmə, köçürülmə, silinmə) hərəkətinin uçotunun təşkili və nəzarət edilməsi.
- Dəqiq sənədlərin (nakladnalar, aktlar, mal çekləri, inventarlaşdırma cədvəlləri və s.) aparılması.
- Uçot sistemlərində (1C) məlumatların dəqiqliyinin nəzarəti.
Anbar işçiləri ilə iş:
- Anbar işçilərinin rəhbərliyi və işlərinin koordinasiyası (tapşırıqların planlaşdırılması, vəzifələrin bölgüsü, icra vəziyyətinin nəzarəti).
- Təhlükəsizlik texnikası, əmək mühafizəsi və anbarlaşdırma qaydaları üzrə təlimlərin keçirilməsi.
- Yeni işçilərin təlimi və onların peşəkar bacarıqlarının nəzarət edilməsi.
İnventarlaşdırmaların planlaşdırılması və keçirilməsi:
- Anbar ehtiyatlarının müntəzəm inventarizasiyalarının təşkil edilməsi və iştirak edilməsi.
- İnventarizasiyaların nəticələri üzrə hesabatların hazırlanması, sapmaların, çatışmazlıqların və ya artıq malların aşkar edilməsi.
Anbardakı təhlükəsizliyin təmin edilməsi:
- Anbarda yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarına riayət edilməsinin nəzarəti.
- Anbar avadanlıqlarının və texnikasının iş vəziyyətinin təmin edilməsi.
- Proseslərin optimallaşdırılması:
- Anbar resurslarının effektiv istifadə olunmasının təşviqi və nəzarət edilməsi.
- Anbar proseslərinin optimallaşdırılması və malların qəbul və yüklənmə vaxtının azaldılması üçün həllərin tapılması və tətbiqi.
Digər şöbələrlə əlaqə:
- Anbarın fasiləsiz təminatının və malların vaxtında yüklənməsinin təmin edilməsi məqsədilə satınalma, satış, mühasibatlıq və logistika şöbələri ilə əməkdaşlıq.
- Malların ehtiyatları və materiallara olan tələbat haqqında məlumatın vaxtında ötürülməsi.
İş şəraiti
- Əmək haqqı:
Rəqabətə davamlı əmək haqqı, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirə ediləcək.
- İş qrafiki:
Beş günlük iş həftəsi, saat 09:00-dan 18:00-dək (anbar işinin xüsusiyyətlərindən asılı olaraq növbəli iş və ya əlavə iş saatları ola bilər).
- Sosial təminatlar:
Əmək qanunvericiliyinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta).
- Karyera irəliləyişi:
Şirkət daxilində karyera yüksəlişi imkanı (loqistika şöbəsinə və ya anbar idarəçiliyinə daha yüksək vəzifələrə keçid).
- Təhsil və inkişaf:
Şirkət, işçilərin peşəkar bacarıqlarının artırılması və yeni proqramlarla tanışlığı, həmçinin peşəkar inkişafını dəstəkləyir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Baş anbardar” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.