logo

B2B Satış üzrə Menecer

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14356
  • E-poçt: cv@groupmotors.az
  • Elanın yerləşdirmə tarixi: 21.07.2025
  • Elanın bitmə tarixi: 20.08.2025

Namizədə tələblər

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərini sərbəst bilməli, İngilis dili bilikləri arzuolunandır;
  • Avtomobil və ya korporativ satış sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış texnikaları, müqavilə hüququ və kommersiya danışıqları üzrə biliklər;
  • Avtomobil bazarı və texniki göstəricilər barədə ümumi anlayış;
  • Güclü analitik düşüncə və satış yönümlü yanaşma;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş haqqında məlumat
  • Korporativ satış strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
  • Mövcud korporativ müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
  • Korporativ sifarişlərin idarə olunması, kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
  • Tender prosesləri üzrə müqavilə şərtlərinin razılaşdırılması, layihə icra planının hazırlanması və icraya başlayanadək bütün zəruri sənədləşmənin tamamlanması;
  • Müştəri ehtiyaclarının təhlili və uyğun avtomobil modellərinin təklif edilməsi;
  • Müqavilə şərtlərinin razılaşdırılması və korporativ satış prosesinin tam koordinasiyası;
  • Korporativ satış planının yerinə yetirilməsi və satış göstəricilərinin monitorinqi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Bazar araşdırması və rəqiblərin fəaliyyətinin analizi əsasında satış imkanlarının müəyyənləşdirilməsi;
  • Korporativ satış ilə bağlı hesabatların, analizlərin və proqnozların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Korporativ satış sahəsində sərgilər, təqdimatlar və PR tədbirlərində iştirakın təşkili və təmsilçilik;
  • Leasing, sığorta, F&I məhsulları və digər əlavə xidmətlərin satışına dəstək göstərilməsi.

 

İş haqqında:

  • İş saatları: 09:00 – 18:00;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

 

Maraqlanan namizədlərdən CV-lərini “B2B Satış üzrə Menecer” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: