logo

Aralıq nəzarəti üzrə müfəttiş

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Sumqayıt
  • Ünvan: H.Z.Tağıyev qəsəbəsi
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10576
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.02.2025
  • Elanın bitmə tarixi: 20.03.2025

Namizədə tələblər

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.
İş haqqında məlumat

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

 

Hansı işləri görəcəksiniz?

  • Kabellərlə bağlı standartların və texniki sorğu vərəqlərinin tələblərini bilmək;
  • Müştəri və ya satış nümayəndələrinin istədikləri test hesabatlarının yoxlanılması;
  • Müştəri və ya satış nümayəndələrinin istədikləri təftiş hesabatlarının təqdim olunması;
  • İzolyasiya, burulma, dolğu, zireh, örtük, əritmə sahələrində aparılan proseslərin izlənilməsi, ölçülməsi və identifikasiya olunmasının yoxlanılması;
  • Hazır məhsulun yekun təftişini həyata keçirdikdən sonra təsdiq olunması və qeydiyyatının aparılması;
  • İstehsalat zamanı və hazır məhsul üzərində (müştəriyə göndərildikdən sonra belə) aşkarlanmış uyğunsuzluqların izlənilməsi, qeydiyyata alınması və araşdırılması;
  • Layihələr üzrə gəlmiş 3-cü tərəf inspektorların çağırılması, qarşılanması  və müşayiət olunması; 
  • Layihələr üzrə istehsal olunmuş məhsulların sənədlərinin müştəriyə göndərilmədən öncə yoxlanılması;  
  • Hazır məhsul anbarından göndərilmə zamanı hazır məhsulların  müvafiq standartların və müştəri tələblərinə uyğunluğunun yoxlanılması;
  • Konstruksiyası yoxlanılmış məhsulların təftiş hesabatlarının yazılması;
  • Layihələr üzrə müvafiq sənədlərin yazılması və sənədləşmə üzrə mütəxəssisə təqdim edilməsi;
  • Görülən işlər üzrə statistik məlumatların verilməsi.

 

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Növbəli;
  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Aralıq nəzarəti üzrə müfəttiş” yazaraq 18.03.2025-ci il tarixinədək elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: