logo

Aparıcı şəbəkə inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10886
  • Elanın yerləşdirmə tarixi: 26.02.2025
  • Elanın bitmə tarixi: 28.03.2025

Namizədə tələblər

  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunan səviyyədə tələb olunur;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.

 

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
  • İT sahəsində ən azı 5 il, onlardan şəbəkə inzibatçısı kimi ən azı 3 il.
İş haqqında məlumat
  • Cəmiyyətin şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaqda əsas işin icrası;
  • Sistem və şəbəkə sektoruna aid texniki tapşırılqların hazırlanmasında əsas işin icrası;
  • Cəmiyyətin idarəetmə proseslərinin təkmilləşdirilməsində, o cümlədən texniki tapşırılqların hazırlanmasında şəbəkə inzibatçılığı məsələləri üzrə iştirak etmək, şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaqda əsas işin icrası;
  • Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsində, onların maraqlı tərəflə razılaşdırlmasında əsas işin icrası;
  • Cəmiyyətin şəbəkə infrastrukturunun yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək əsas işin icrası;
  • Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə;
  • Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate;
  • Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
  • Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
  • LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
  • Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə;
  • IP-PBX üzrə dərin biliklər;
  • İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil;
  • CCNP biliklərinin olması;
  • Comptia Security biliklərinin olması.

 

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

 

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: