logo

Aparıcı mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 7888
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 12.09.2024
  • Elanın bitmə tarixi: 12.10.2024
Namizədə tələblər
  • Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq;
  • Cins kişi və qadın;
  • Təhsil: Ali təhsil / İxtisas üzrə təhsilin və maliyyə təhsilinin (xususilə riyazi biliklərin) olması arzuolunandır;
  • İş təcrübəsi: 3-5 il;
  • Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
  • Analitik düşünmə və kreativlik.
İş haqqında məlumat
  • Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, şirkətin rəhbərliyi tərəfindən  verilən əmr və sərəncamları, maliyyə şöbəsinin müdiri və baş mühasib tərəfindən  təsdiq etdilən daxili  təlimatları, qanuni göstəriş və tapşırıqlarını rəhbər tutmalıdır;
  • Öz əmək funksiyası və vəzifələrinin icrası ilə bağlı bütün məsələlər üzrə ilk növbədə maliyyə şöbəsinim müdirinə və baş mühasibə məlumat verməli və onun  qarşısında məsuliyyət daşımalıdır;
  • Əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə  yetirməlidir;
  • Əmək intizamına və daxili intizam qaydalarına əməl etməlidir;
  • Əməyin təhlükəsizliyi normalarını pozmamalıdır;
  • Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların  mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun  olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;
  • Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;
  • Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;
  • 1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;
  • Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C  Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;
  • 1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;
  • Aylıq maliyyə hesabatlarını (Mənfəət-zərər hesabatı, Balans hesabatı, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.) Excell formatda hazırlamalıdır; 
  • Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;
  • Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;
  • Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
  • İstehsal sahəsində fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
  • İstənilən əməliyyatın mühasibat proqramında  düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
  • Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
  • Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.

 

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi,döngə 9/21D;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • 6 günlük iş rejimi (bazar ertəsi – şənbə) 09:00 – 18:00.

 

Bu vəzifəyə müraciət etmək üçün CV-ni elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Aparıcı mühasib” Mövzu bölməsində göstərin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: