logo

Aparıcı Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7687
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 26.08.2024
  • Elanın bitmə tarixi: 25.09.2024
Namizədə tələblər
  • Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr);
  • Mühasibatlıq sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Mühasibatlıq proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel);
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
  • Detallara diqqət və dəqiqlik;
  • Tibb sektorunda iş təcrübəsi üstünlükdür.
İş haqqında məlumat

Biz Sağlam Ailə MMC olaraq ölkənin ən qabaqcıl Tibb Mərkəzlərindən biriyik və keyfiyyətli, peşəkar xidmətimiz, müasir avadanlıqlarımız, gülərüz və mehriban komandamız ilə seçilirik. Hazırda böyüyən komandamıza peşəkar, məsuliyyətli “Aparıcı Mühasib” axtarışındayıq.

 

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət etməli;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin edir;
  • Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada təqdim edilməsi üçün yazışmaların aparılmasını təmin edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir;
  • Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsinin, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünün və səlisliyinin təmin edilməsi;
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarının və açıqlamalarının düzgün və zamanında formalaşdırılması və təmin edilməsi.

 

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir;
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur;
  • İşçi illik check up paketi ilə təmin olunur;
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

 

CV-lərinizi e-mail ünvanına "Aparıcı Mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: