logo

Aparıcı Mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Ağ Şəhər
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13804
  • E-poçt: elchin@inomarka.az
  • Elanın yerləşdirmə tarixi: 04.06.2025
  • Elanın bitmə tarixi: 04.07.2025

Namizədə tələblər

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
  • İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək
  • Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
  • Qanunvericilik bilikləri: Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və digər normativ aktlar üzrə biliklər
  • Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
  • Yük və gömrük bəyannamələri üzrə biliklər
  • PMS sertifikatı arzuolunandır
  • Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş haqqında məlumat

Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının idarə olunması
  • Bank əməliyyatları (mədaxil və məxaric), kassa, əməkhaqqı, əsas vəsaitlər, debitor və kreditorların uçotunun aparılması
  • Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
  • İşçilərin işə qəbulu, xitamı və digər HR əməliyyatlarının icrası
  • Əmək müqavilələri və digər müqavilələrin tərtib olunması
  • Vergi orqanlarından daxil olan məktubların cavablandırılması
  • DSMF və Statistika Komitəsinə hesabatların hazırlanması
  • Bütün növ sənədləşmələrin və üzləşmələrin aparılması
  • Daxili maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması
  • Rəhbərlik tərəfindən verilən digər vəzifə tapşırıqlarının yerinə yetirilməsi

 

İş şəraiti:

  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
  • İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz

 

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Aparıcı Mühasib) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.


Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: