
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 13183
- E-poçt: hr@superfon.az
- Elanın yerləşdirmə tarixi: 06.05.2025
- Elanın bitmə tarixi: 05.06.2025
Namizədə tələblər
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- Aparıcı mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 3 ildən artıq;
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
- MS Office proqramlarını bilməli, (xüsusilə də yüksək səviyyədə Excel və Power BI bilikləri üstünlükdür);
- Dead-line`larla işləmə bacarığı;
- Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu, prioritetləri müəyyənləşdirmək kimi idarəçi keyfiyyətlərinə malik olmalıdır;
- Yaş həddi: 25-35.
İş haqqında məlumat
- Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Aksiz, və Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə cari vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Müəssisənin vergi öhdəliklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi; - Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə;
- İş yeri: Bakı şəhəri.
Müraciət qaydaları:
CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiyalar

MY GROUP HOLDİNG MMC
Baş mühasib
Maaş: 2000 - 2500 AZN
02.06.2025
Bakı
15
S
Sonar Farm MMC
Mühasib
Maaş: 600 - 1200 AZN
02.06.2025
Bakı
69

MY SHOPS MMC
Baş mühasib
Maaş: 2000 - 2500 AZN
02.06.2025
Bakı
16

Green Plast MMC
Aparıcı mühasib
Maaş: 1500 - 2000 AZN
30.05.2025
Bakı
35
T
TREVA
Debitorların uçotu üzrə Kiçik Mühasib
Maaş: 600 AZN
30.05.2025
Bakı
65

Dost İnşaat MMC
Mühasib
Maaş: 800 - 1200 AZN
30.05.2025
Bakı
39