
- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- Ünvan: Xətai rayonu, Yeryomenko 73
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10175
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 06.02.2025
- Elanın bitmə tarixi: 08.03.2025
Namizədə tələblər
- Ali hüquq təhsilli;
- Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
- Mülki, Vergi, Gömrük, İnzibati xətalar, Əmək Məcəllələri barədə biliklərə malik olmaq;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan dili və ingilis dilini əla səviyyədə, rus dilini yaxşı səviyyədə bilmək.
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin planlaşdırılması bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarında sərbəst işləyə bilmək.
İş haqqında məlumat
- Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə (qüvvədə olma və s.)) nəzarəti həyata keçirmək;
- Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Cəmiyyətin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- Zərurət olduqda Cəmiyyəti dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə Cəmiyyətdaxili normativ sənədlərin, o cümlədən Cəməyyət üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək;
- Cəmiyyətin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko 73;
- Ezamiyyə imkanları (zəruri hallarda);
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində.
“Aparıcı hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar

Camal LTD
Hüquqşünas
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
21

BESAN MMC
Hüquqşünas köməkçisi
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
24

Unibank
Məhkəmə - hüquq şöbəsinin Hüquqşünası
Maaş: Müsahibə əsasında
10.03.2025
Bakı
22

Ram Holding
Kiçik Hüquqşünas
Maaş: Müsahibə əsasında
05.03.2025
Bakı
41

BOA Agency
Nağd yığımlar üzrə mütəxəssis/hüquqşünas
Maaş: 700 - 1000 AZN
05.03.2025
Bakı
40

Ram Holding
Hüquqşünas
Maaş: Müsahibə əsasında
05.03.2025
Bakı
37