- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Aşıq Molla Cümə küç., 46C
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Elan ID: 14441
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 29.07.2025
- Elanın bitmə tarixi: 28.08.2025
Namizədə tələblər
- Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
- Audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı.
Tələb olunan bilik və bacarıqlar:
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətlilik.
İş haqqında məlumat
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə dəstək göstərilməsi və nəzarət edilməsi;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
- İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
- Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
Fostanpak MMC
Daxili Audit
Maaş: Müsahibə əsasında
07.08.2026
Bakı
115
Camal LTD
Audit (Təftiş)
Maaş: 1245 AZN
05.08.2026
Bakı
170
PASHA Bank
Daxili Audit üzrə Menecer
Maaş: Müsahibə əsasında
31.07.2026
Bakı
185
Caspian Invest BOKT
Lombard kreditləri üzrə mütəxəssis (İsmayıllı)
Maaş: Müsahibə əsasında
29.07.2026
İsmayıllı
186
Kontakt Home
Kreditor
Maaş: Müsahibə əsasında
20.07.2026
Bakı
331
Azərbaycan Mikro Kredit BOKT
Aparıcı Kredit İşçisi (Salyan filialı)
Maaş: Müsahibə əsasında
16.07.2026
Salyan
309