S
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- Ünvan: Sea Breeze Resort
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 12642
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi: +994 10 234 51 70
- Elanın yerləşdirmə tarixi: 17.04.2025
- Elanın bitmə tarixi: 17.05.2025
Namizədə tələblər
- Tikinti sahəsi üzrə ali təhsil;
- Tikinti sahəsində anbardar vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini bilmək mütləqdir;
- 1C və MS Office proqramlarını bilməli;
- Yaş həddi yoxdur;
- Analitik düşünmə qabiliyyəti.
İş haqqında məlumat
- Anbardarın əsas öhdəliyi daxil olan mal -materialların təhlükəsizlik qaydalarına, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsindən ibarətdir.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
- Anbarda mal və materialların müvafiq sistem, ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal Mühasibat Uçotu və Hesabatlar Sektorunu məlumatlandırır;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
- Mal-materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı birbaşa rəhbərinə məlumat təqdim edir;
- Anbar əməliyyatlarının uçot və hesabatlarını aparır;
- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin edir, saxlanılması, sərfiyyatına nəzarəti təmin edir və sərfiyyata dair hesabat verir;
- Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
- İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Şöbənin digər struktur bölmələrinin işində dəstək olur;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
İş barədə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatı: 09:00-18:00-dək;
- İş yeri: Sea Breeze Resort;
- Əmək haqqı: bilik və iş təcrübəsindən asılı olaraq müsahibə əsasında danışılacaqdır.
Maraqlananlar CV-lərini mövzu hissəsində “Anbardar” qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Oxşar vakansiyalar
P
PFM Catering
Anbardar
Maaş: 700 AZN
17.04.2025
Sumqayıt
24
A
Almond Cake and Bakery
Anbardar
Maaş: Müsahibə əsasında
16.04.2025
Bakı
28

Caspident
Anbardar (mağaza)
Maaş: Müsahibə əsasında
15.04.2025
Bakı
42

STP Global Cable
Anbardar
Maaş: Müsahibə əsasında
14.04.2025
Bakı
46

Cronos Construction
Anbardar
Maaş: Müsahibə əsasında
09.04.2025
Bakı
60
B
BEAST GROUP MMC
Anbardar
Maaş: Müsahibə əsasında
09.04.2025
Bakı
47