
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10261
- Elanın yerləşdirmə tarixi: 10.02.2025
- Elanın bitmə tarixi: 12.03.2025
Namizədə tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə bakalavr (magistr) dərəcəsi;
- İT layihələrinin idarə edilməsi sahəsi üzrə ən az 3-4 il iş təcrübəsi;
- Layihə idarəetmə yanaşmaları: PMI standartlarına əsasən Waterfall və Agile metodologiyaları üzrə bilik;
- Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatlara üstünlük verilir;
- Texniki biliklər: Microsoft Office Suite (Word, Excel, PowerPoint) və layihə idarəetmə alətləri (Jira, MS Office, Trello və s.) üzrə yaxşı istifadə bacarıqları;
- Kommunikasiya və təqdimat: Güclü ünsiyyət və yüksək səviyyədə təqdimat bacarıqları;
- Analitik düşüncə: Məlumatları təhlil edərək dəqiq və əsaslandırılmış qərar qəbul etmə bacarığı;
- Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
- "Miro", "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, "Notion.so" üzrə bilik və bacarıqlar;
- HTML, CSS, JavaScript, CRUD operations, Libraries, Frameworks, API,Unit Testing, Integration Testing,Test Driven Development, Web Services, RESTful API, Micro services vs Monolithic services, Git, Github, CI/ CD, Technical Debt, Deployment, API Endpoints, Progressive Web Apps, Mobile App Technologies (native apps, hybrid apps) və b. - ən azı konseptual səviyyədə biliklər.
İş haqqında məlumat
- Rəqəmsallaşma üzrə Yol Xəritəsinin formalaşdırılması, idarəedilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət edilməsi;
- Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
- Layihələrin monitorinq edilməsi, hesabatlılığın təmin edilməsi, dəyişikliklərin idarə edilməsi;
- Sprint planlamalarının və baxış görüşlərinin təşkil edilməsi;
- Qurumlararası layihələrinin həyata keçirilməsi;
- Layihənin KPI-larına çatmaq üçün layihənin ümumi idarə edilməsi;
- Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
- Layihələrin izləniləbilinməsi üçün BI Dashboard-ların formalaşdırılmasına nəzarət edilməsi;
- Layihələrin bütün sənədləşməsinin PMI standartlarına uyğun hazırlanması;
- Layihə ilə bağlı PMI standartlarına uyğun bütün reyestr və jurnalların hazırlanması və açıq qalan məsələlərin həllinin təmin edilməsi;
- Layihə ilə bağlı dövri şəkildə təqdimatların hazırlanması və bu təqdimatların fərqli marağı olan tərəflərə çatdırılması;
- Tapşırıqları icrasına yaxından nəzarət edilməsi və asılılıqların ən qısa zamanda aradan qaldırılması;
- Layihə ilə bağlı bütün rəsmi və qeyri-rəsmi məktubların hazırlanmsı və göndərilməsi;
- Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək;
- Vəzifəsi üzrə departament rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Oxşar vakansiyalar

Xalq Bank
İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi – (Cisco)
Maaş: Müsahibə əsasında
28.02.2025
Bakı
17

Express Bank
İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)
Maaş: Müsahibə əsasında
27.02.2025
Bakı
18