- Категория: Sənaye və kənd təsərrüfatı
- Город: Bakı
- Опыт работы: 3-5 il
- Зарплата: На основе интервью
- Образование: Bakalavr
- Режим работы: Tam-ştat
- Nahar: Bəli verilir
- ID: 17067
- Эл. Почта: [email protected]
- Дата публикации объявления: 24.06.2026
- Дата окончания объявления: 24.07.2026
Требования к кандидату
- Ali təhsil (mühəndislik ixtisası, inşaat mühəndisliyi arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Bəy namizədlərə üstünlük veriləcəkdir;
- Rus dili biliyi üstünlük hesab olunur
- Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək;
- Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi bacarığı;
- Titul vərəqələrinin hazırlanması, nasazlıqlar cədvəlinin tərtibi və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
- Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığı;
- Analitik düşüncə, dəqiqlik və operativlik.
Информация о работе
“Nardaran İnvest” MMC-nin Tikinti Planlama Departamentinin Smeta şöbəsi üçün Smetaçı-mühəndis vakansiyası üzrə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;
- Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq;
- Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;
- Obyektlərdə (sahədə) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri əsasında hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi);
- Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 5 günlük;
- Koroğlu m/st-dan servis xidməti;
- Yemək şirkət tərəfindən təmin edilir.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Похожие вакансии
A+A Security
Quraşdırıcı-elektron təhlükəsizlik sistemləri üzrə
Зарплата: 800 - 900 AZN
30.06.2026
Bakı
35
STP Global Cable
Mühəndis-mexanik
Зарплата: На основе интервью
29.06.2026
Sumqayıt
52
North West
Sahə elektrik mühəndisi (region)
Зарплата: На основе интервью
17.06.2026
Bakı
133
N1 Çörək Zavodu
Elektrik - mühəndis
Зарплата: На основе интервью
12.06.2026
Bakı
177
Modern Construction Group
MEP Engineer
Зарплата: На основе интервью
10.06.2026
Bakı
212
Estet
Zəif axın işləri üzrə layihəçi mühəndis
Зарплата: 800 - 1000 AZN
09.06.2026
Bakı
184