logo

Şikayətlərin tənzimlənməsi üzrə Tibbi ekspert

  • Категория: İnzibati
  • Город: Bakı
  • Опыт работы: 1-3 il
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • ID: 10601
  • Эл. Почта: [email protected]
  • Дата публикации объявления: 18.02.2025
  • Дата окончания объявления: 20.03.2025

Требования к кандидату

  • Ali Tibb təhsili;
  • Tibbi və sığorta sahəsində ən azı 1 il təcrübə;
  • Heyətin idarə edilməsi üzrə ən azı 1 il təcrübə;
  • İş və proseslərin təşkili təcrübəsi/bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı;
  • Təlim keçmə bacarığı.
Информация о работе
  • Şikayətlərin ilkin qəbulu, baxılması, şikayətlərə dərhal cavab verilməsini təmin etmək;
  • Şikayətlər jurnalının aparılması, şikayətlər üzrə aylıq hesabatı təqdim etmək (hər ayın 10-dan gec olmayaraq);
  • Çağrı Mərkəzinin işinin keyfiyyətində və problemli vəziyyətlərin təhlilində uyğunsuzluqların aşkar edilməsi üçün telefon danışıqlarını dinləmək;
  • Çağrı Mərkəzi təcrübəçilərilərinə təlimlər vermək;
  • Problem və şikayətləri müəyyən etmək üçün müraciət edən sığorta olunanla əlaqə yaratmaq;
  • Mürəkkəb/mübahisəli məsələlərin tibbi ekspertizasında yardım etmək;
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələləri həll etmək;
  • Razılaşdırılmış xidmətlərin qiymətlərində prays üzrə uyğunsuzluqları, diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və/ yaxud tibbi personal ilə görüşlər keçirmək;
  • Klinikaların sığorta şöbələri və həkimlərlə bir başa əlaqə saxlamaq;
  • Tövsiyə olunan həkimlər/xidmətlər cədvəlindəki təlimatlara uyğun olaraq klinika seçimində köməklik göstərmək;
  • Klinikalardan gələn tibbi xidmətlər üzrə aylıq hesabatların qəbulu və klinikalara səfərlər etmək;
  • Sığorta olunanlara Sığorta Planı üzrə məsləhətlər vermək, lazımi sənədlərin təmin edilməsi və alınmasına köməklik, müştərilərin hüquq və vəzifələrinin aydınlaşdırılmasında dəstək olmaq;
  • Müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Çağrı Mərkəzinin mütəxəssisləri üçün keçirilən görüşlərdə və təlimlərdə iştirak etmək.

 

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • Tibbi sığorta qarşılanır.

 

CV-ni email ünvanına göndərə bilərsiniz.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?