logo

SƏTƏM mütəxəssisi

  • Категория: Sənaye və kənd təsərrüfatı
  • Город: Bakı
  • Адрес: Cəlil Məmmədquluzadə 1025
  • Опыт работы: 5 ildən çox
  • Зарплата: На основе интервью
  • Образование: Texniki təhsil
  • Режим работы: Tam-ştat
  • ID: 11617
  • Эл. Почта: [email protected]
  • Дата публикации объявления: 19.03.2025
  • Дата окончания объявления: 18.04.2025

Требования к кандидату

  • Ali texniki təhsilinin olması;
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
Информация о работе
  • Müəssisədə SƏTƏM təşkili, əlaqələndirilməsi və planlaşdırılması,əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlamaq;
  • Lazımi SƏTƏM siyasətlərinin, sistemlərinin, standartlarının, göstərişlərinin və əlaqələndirici sənədlərin yerində olmasını və SƏTƏM idarə sisteminin tələblərinə cavab verməsini təmin etmək
  • Layihə üzrə bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əməyin mühafizəsinin təmini üzrə SƏTƏM planı hazırlamaq;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə müştərinin və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
  • Müxtəlif sahə təftişi zamanı aşkar edilmiş nöqsanları izləyir, əsas səbəblərini təhlil edir və prosesin təkmilləşdirilməsini təmin edir;
  • Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin edir;
  • Layihə üzrə layihə işinə başlamazdan əvvəl riskin qiymətləndirilməsini və təhlükələrin aşkar edilməsi proses və metodları müəyyən etmək;
  • Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına  nəzarət edir, müntəzəm olar riskləri yenidən qiymətləndirir, SƏTƏM  nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət verir və aradan qaldırma tədbirlərini həyata keçirir;
  • Təhlükəli şəraitlərin və təhlükəli işlərin aradan qaldırılmasını təmin edir və düzəliş tədbirlərinə dair müvafiq tövsiyələr verir;
  • Tikinti zamanı sahəyə müntəzəm baş çəkərək tikinti briqadalarının və podratçıların yüksək SƏTƏM səviyyəsinə əməl etdiklərini yoxlamaq və lazım olan düzəliş tədbirlərinə dair göstərişlər vermək;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə hadisələrin təhqiqatını aparır və potensial xəsarətlərin qarşısının alınması üçün tədbirlər görür.

 

Şərtlər:

  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq;
  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;
  • İş yeri: “Capital Construction”;
  • Ünvan: Cəlil Məmmədquluzadə 1025.

 

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “SƏTƏM mühəndisi.”.  yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?