T

Sənəd dövriyyəsi üzrə mütəxəssis

  • Категория: İnzibati
  • Город: Bakı
  • Опыт работы: 1 ildən az
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • ID: 16429
  • Эл. Почта: [email protected]
  • Дата публикации объявления: 18.02.2026
  • Дата окончания объявления: 20.03.2026

Требования к кандидату

  • Ali təhsil;
  • Sənədlərə nəzarət və ya sənəd dövriyyəsi sahəsində iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (İngilis və rus dilləri arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Информация о работе
  • Hüquqi və rəsmi sənədlərin qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;
  • Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
  • Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
  • Sənədlərin müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
  • Texniki sənədləri müvafiq kodlaşdırma sisteminə uyğun olaraq nömrələmək və identifikasiya etmək;
  • Sənəd mübadiləsini şirkətdaxili sənədlərə nəzarət proseduruna uyğun həyata keçirmək;
  • Vaxtı keçmiş sənədlər barədə komanda üzvlərini məlumatlandırmaq;
  • Tanışlıq və Təhvil-Təslim iclaslarını təşkil etmək, iclaslarda iştirak etmək və qeydlər aparmaq;
  • Podratçı və Sifarişçi şirkətlərlə sənədləşmə işlərini koordinasiya etmək, onların tələb olunan sənəd nümunələri ilə təmin edilməsini və sistemli sənəd mübadiləsini təşkil etmək;
  • Təsdiq olunmuş müqavilələrin uyğunluğunu yoxlamaq və qeydiyyata almaq;
  • Şöbələrarası sənəd dövriyyəsini koordinasiya etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Müqavilələrin və digər tələb olunan sənədlərin reyestrini aparmaq;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

 

Maraqlanan namizədlər CV-lərini “Sənəd dövriyyəsi üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?