- Категория: Sənaye və kənd təsərrüfatı
- Город: Bakı
- Опыт работы: 1 ildən az
- Зарплата: На основе интервью
- Режим работы: Tam-ştat
- ID: 16943
- Эл. Почта: [email protected]
- Дата публикации объявления: 15.05.2026
- Дата окончания объявления: 14.06.2026
Информация о работе
- Tikinti normalarına uyğun tələb olunan bütün qeydiyyat jurnalların və daxili sənədləşmənin aparılmasını, laboratoriya sınaq prosedurlarının həyata keçirilməsini, mərhələlər üzrə gizli işlərin aktının yazılmasını, tikinti sahəsinə daxil olan mal materialların layihə smeta sənədlərinə uyğunluğunu və o cümlədən onlara aid sertifikatların mövcudluğunu nəzarətdə saxlamaq;
- Sifarişçinin tələbi üzrə müqavilədə qeyd edilmiş işin icra metadologiyalarının, iş qrafikinin, gündəlik, həftəlik və aylıq hesabatların, iclas protokollarının, işin icrasına dair mütəmadi olaraq arayışların hazırlanmasını nəzarətdə saxlamaq;
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti quraşdırma işlərinin təsdiqlənmiş vaxt planına əsasən həyata keçirilməsinə nəzarət etmək;
- İş qrafikinə əsasən hər hansı bir gecikmə olduğu halda prosesi təhlil etmək və tədbir planını hazırlamaq;
- Subpodrat təşkilatlar tərəfindən hazırlanmış yerinə yetirilən işlər haqqında Arayışın (Forma 2) müqaviləyə və layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması;
- Aylıq texniki hesabatların, yerinə yetirilən işlər haqqında Arayışların (Forma 2) hazırlanaraq Sifarişçi ilə razılaşdırılması;
- Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət etmək;
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sahə mühəndisi“ yazaraq Müraciət et düyməsində göstərilən mail ünvanına göndərilməsi xahiş olunur.
Похожие вакансии
Group Motors
Sətəm üzrə Mütəxəssis
Зарплата: На основе интервью
02.06.2026
Bakı
87
Az-Caspian Construction
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Зарплата: На основе интервью
24.05.2026
Bakı
167
GM Construction
Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə)
Зарплата: На основе интервью
21.05.2026
Bakı
183
Caspian Engineering Solutions MMC
Metal Konstruksiya Mühəndisi
Зарплата: На основе интервью
19.05.2026
Bakı
186
Aztelekom
Voice/IMS sistemləri üzrə Baş Mühəndis
Зарплата: На основе интервью
14.05.2026
Bakı
199
Qala Group
Tikinti sahəsində Sahə Rəisi
Зарплата: На основе интервью
02.06.2026
Bakı
85