logo

Risk və daxili nəzarət üzrə menecer

  • Категория: Maliyyə
  • Город: Bakı
  • Адрес: Neftçilər prospekti 153, PBT  
  • Опыт работы: 3-5 il
  • Зарплата: На основе интервью
  • Образование: Bakalavr
  • Режим работы: Tam-ştat
  • ID: 14302
  • Эл. Почта: hr@tabia.az
  • Дата публикации объявления: 15.07.2025
  • Дата окончания объявления: 14.08.2025

Требования к кандидату

  • Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə , Mühasibat uçotu və ya Audit üzrə 3-5 il  iş təcrübəsi;
  • Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər; 
  • Müəyyən olunmuş və qəbul olunmuş maliyyə və mühasibat uçotu üzrə sertifikatların və kvalifikasiyaların mövcudluğu ( biri və ya bir neçəsi);
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; 
  • ERP proqram təminatında işləmək bacarığı; 
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə.
Информация о работе

Şöbə: Maliyyə və risk 

Ünvan: Neftçilər prospekti 153, PBT   

 

Əmək funksiyası:

  • Biznes Proseslərin siyahısını formalaşdırmaq üçün əlaqədar departamentlərlə əməkdaşlıq etmək, biznes prosesləri nəzərdən keçirmək və proseslərlə bağlı müvafiq dəyişikliklərin icrasında iştirak etmək;
  • İldə ən azı bir dəfə risklərin müəyyən edilməsi prosesini həyata keçirmək və periodik olaraq şirkətlə bağlı riskləri nəzərdən keçirmək;
  • Hotelçilik əməliyyatları üzrə risk qiymətləndirmələri aparmaq və potensial riskləri təhlil etmək;
  • Hotelçilik və beynəlxalq təcrübəyə əsasən risklərin idarə edilməsi strategiyasını, planlarınını, qayda və prosedurlarını hazırlamaq, həyata keçirmək və ehtiyac duyulduqda yeniləmək;
  • Riskləri müəyyən etmək və azaltmaq üçün digər şöbələr və maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • İnsan Resursları, hüquq, kommersiya və maliyyə əməliyyatları daxil olmaqla, təşkilatın müxtəlif funksiyaları üzrə hərtərəfli risklərin qiymətləndirilməsi prosesini aparmaq və koordinasiya etmək;
  • Risklərin idarə edilməsi strategiyalarının effektivliyinin monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;
  • Riskləri müəyyən etmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək üçün qayda və prosedurları, siyasətləri, müqavilələri və s. digər rəsmi sənədləri nəzərdən keçirmək və qiymətləndirmək;
  • Hotelçilik sektoruna təsir edən müvafiq qanunlar, qaydalar və standartlardan xəbərdar olmaq;
  • Rəhbərlik və İdarə Heyətinin Risk Komitəsi üçün əsas riskləri və tövsiyə olunan tədbirləri vurğulayan müntəzəm risklərin idarə edilməsi hesabatlarını və təqdimatları hazırlamaq;
  • “Enterprise Risk Management (ERM) policy”, “Risk Assessment process”, “Risk impact Scale”, “Risk Appetite Statement”, “Risk Control Matrix” kimi sənədləri və prosesləri tərtib və tətbiq etmək;
  • Stress testi, ssenari təhlili və risk modelləşdirmə də daxil olmaqla maliyyə, kommersiya, texniki və hüquqi risklərin idarə edilməsi çərçivəsini nəzərdən keçirmək;
  • Risklərin ilkin siyahısını və risk kataloqunu hazırlamaq, daxili və xarici audit hesabatlarını və nəticələrini təhlil etmək;
  • Risk kateqoriyalarını, risk dərəcələrini, ilkin və yeni riskləri qeyd etməklə mövcud risk reyestrini yeniləmək və ya yeni risk reyestrini hazırlamaq, riskləri müvafiq strateji məqsədlərə, biznes proseslərinə, risk sahiblərinə uyğunlaşdırmaq;
  • Risklərin azaldılması strategiyalarına, əməliyyat nəzarətinə, biznesin davamlılığına və fövqəladə hallardan sonra bərpa planlarına nəzarət etmək;
  • Şirkət daxilində həyata keçirilən layihələrin idarə edilməsi prosesində iştirak etmək, layihələr ilə bağlı riskləri müəyyən etmək və mövcud risklərin aradan qaldırılması istiqamətində tədbirlər planı hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Şirkətin və ona tabe olan müəssisələrdə davamlı nəzarət prosesinin həyata keçirilməsini təmin etmək;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
  • Vaxtında və səmərəli fəaliyyət planlarını təqdim etmək və kontrol çatışmazlıqlarının effektiv şəkildə aradan qaldırılması üçün şirkətdə və ona tabe olan müəssisələrdə monitorinq prosesini təşkil etmək
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

  • Компании
    Опубликовать вакансию
    Резюме
  • Соискатели
    Опубликовать резюме
    Вакансии
  • Прочее
    О нас
    Статьи
    Правила и принцип работы
    Политика конфиденциальности

Нужно помощь?