- Категория: Sənaye və kənd təsərrüfatı
- Город: Bakı
- Опыт работы: 5 ildən çox
- Зарплата: На основе интервью
- Образование: Bakalavr
- Режим работы: Tam-ştat
- Sığorta: Bəli olunur
- ID: 16881
- Эл. Почта: [email protected]
- Дата публикации объявления: 30.04.2026
- Дата окончания объявления: 30.05.2026
Требования к кандидату
- Ali təhsil (inşaat mühəndisliyi, tikinti idarəçiliyi və ya əlaqəli sahə üzrə);
- Tikinti layihələrinin idarə edilməsində sahəsində minimum 5 il təcrübə;
- Tikinti prosesləri, müqavilələr və xərclərə nəzarət üzrə güclü bilik;
- Yüksək liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqlar;
- Layihə idarəetmə alətləri üzrə bilik (AutoCAD, MS Project, Primavera);
- Güclü problem həll etmə və qərarvermə bacarıqları.
Информация о работе
Tikinti layihələrini başlanğıcdan tamamlanmaya qədər idarə etmək, layihələrin vaxtında, büdcə daxilində, keyfiyyət, təhlükəsizlik və müqavilə tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Layihənin planlaşdırılması və icrası – Ətraflı layihə planları, qrafiklər və mərhələlər hazırlamaq, tikintinin bütün mərhələlərində effektiv icrasını təmin etmək;
- Büdcə və xərclərin idarə edilməsi – Layihə büdcəsini hazırlamaq və idarə etmək, xərclərə nəzarət etmək və artıq xərclərin qarşısını almaq üçün tədbirlər görmək;
- Müqavilələlər və müştərilərlə əlaqə – Müştərilər, məsləhətçilər və subpodratçılarla müqavilələri idarə etmək, bütün tərəflərlə güclü əlaqələr qurmaq;
- Sahə nəzarəti və koordinasiya – Tikinti sahəsində işləri nəzarətdə saxlamaq, subpodratçılar, mühəndislər və təchizatçılar arasında koordinasiyanı təmin etmək;
- Keyfiyyətə nəzarət və uyğunluq – Bütün işlərin texniki tələblərə, keyfiyyət standartlarına və normativ qaydalara uyğun olmasını təmin etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik – Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) standartlarına ciddi riayət olunmasını təmin etmək;
- Risklərin idarə edilməsi – Potensial riskləri müəyyən etmək və gecikmələrin və əlavə xərclərin qarşısını almaq üçün strategiyalar hazırlamaq;
- Satınalma prosesinə nəzarət – Material və xidmətlərin vaxtında təmin edilməsi üçün satınalma komandası ilə koordinasiya aparmaq;
- İrəliləyişin izlənməsi və hesabatlılıq – Layihənin gedişatını büdcə və qrafikə uyğun izləmək, rəhbərlik və müştərilər üçün mütəmadi hesabatlar hazırlamaq;
- Problemlərin həlli və qərarvermə – Layihə zamanı yaranan çətinlikləri operativ şəkildə həll etmək və əsaslandırılmış qərarlar vermək.
Əsas məsuliyyət göstəriciləri:
- Layihənin vaxtında təhvil verilməsi;
- Büdcəyə uyğunluq və xərclərin effektivliyi;
- Tikinti işlərinin keyfiyyəti;
- Təhlükəsizlik və normativ tələblərə uyğunluq.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti;
- İş qrafiki: Bazar ertəsi – Cümə (5 gün);
- İş saatları: 09:00–18:00;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihə Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Похожие вакансии
A
AzTelco Group MMC
Layihələndirmə üzrə Menecer
Зарплата: На основе интервью
23.04.2026
Bakı
133
AZFEN MMC
Tikinti rəhbəri (çənlər)
Зарплата: На основе интервью
23.04.2026
Bakı
150
Azinvest İnşaat
Briqadir
Зарплата: На основе интервью
14.04.2026
Bakı
137
Pasha Real Estate
Electrical Foreman/Supervisor
Зарплата: На основе интервью
06.05.2026
Bakı
99
SLB
Exploitation Manager
Зарплата: На основе интервью
29.04.2026
Bakı
130
Betonist PDB MMC
Planlama mütəxəssisi (Prefabrik dəmir-beton məmulatları üzrə)
Зарплата: На основе интервью
28.04.2026
Bakı
149